Bakını, dənizi, meşələri hasarlaya-hasarlaya gedirlər...
Qara, başı kəsik turbalar gecə vaxtı kimə pərçim olsa...
Bakının harasına gedirsənsə, bütün idarələrin, müəssisələrin, şirkətlərin, xəstəxanaların binasının qabağını hasara alır və üstəlik ətrafa, MIX, dəmir turbalar basdırırlar.
Bu yerdə yadıma illər öncə bir el aşığının kolxozla bağlı yazdığı bir-iki misra düşür:
Keçməmisən, elə mıxa, a Məmməd,
Dartmaq ilə çətin çıxa, a Məmməd...
Vallahi, bizi qınamayın bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsinin qarşısından keçərkən gördüklərimiz bizi dəhşətə gətirdi.
Görəsən, dövlət qurumunun rəhbərliyi məhkəmə binasının qabağını niyə hasarlayıb. Hələ bu azmış kimi binanın üç tərəfinə dəmir turbalar basdırıblar.
Hələ Allah qoymasa, şlaqbaum da qoyublar. Biz bununla razılaşırıq. İnsanların rahatlığı üçün həmin məhkəməyə rəhbərlik edən şəxs nəinki işçilərinin heç öz maşınını da orada saxlamağa icazə vermir. Çox gözəl, bəyənilsin. Gəlin görək yaxınlıqdakı obyektlər bu məsələlərə necə yanaşır.
Bir az, 5-10 metr aşağı gedən kimi, “Bakı sığorta”nın binasıdır.
Eyni hal, eyni vəziyyət burada da baş verir.
Nəinki maşın saxlamağa, hətta adamın dayanmasına yer saxlamayıblar.
Biri yolu hasarlayır, o biri səkini zəbt edir, bir başqası bütöv küçəyə şlaqbaum qoyaraq özü üçün özəl avtodayanacaq düzəldib.
Bunlardan bir soruşan yoxdur ki, bura sənin dədənin, babanın mülkü deyil ee...
Sanki ölkədə hasarlama, çəpərləmə, mıx-turba basdırma əməliyyatı keçirilir.
Yadımıza 90-cı illərin sonunda meşələri, dənizi hasarlayanlarla bağlı Ulu Öndər Heydər Əliyevin qəzəbli, kəskin çıxışı düşür.
Bəli, bu problemin kökü dərinliklərə gedib çıxır.
Sözün düzü, müstəqillik özü ilə bərabər bizə, cəmiyyətimizə xeyli problemlər gətirib.
Hər gün oxuyuruq ki, filan məmur Qubada, yaxud Qusarda, İsmayıllıda meşənin 5 hektarını hasarlayıb özü üçün istirahət düşərgəsi tikir.
Axı, meşələr dövlət qoruğudur, meşəni necə hasarlamaq, necə özününküləşdirmək olar..?
Hələ meşə harasıdır..?
Xəzər dənizinin nəinki kənarını, hətta içərisini hasarlayanlar, dənizin içinə estakada salan məmurlar da az deyil.
Məni qınamayın, bütün bunlar hamısı korrupsiyanın nəticəsidir.
Bəli, bu yaxınlarda Mədəniyyət Nazirliyində işləyən bir adi şöbə müdirinin Fransada QƏSR aldığını oxuyanda dəhşətə gəldim. Şöbə müdiri kimdir, axı, onun aldığı maaş nədir...?
Həm də bu məmur villa almayıb ee, QƏSR alıb...
Vallah belə davam eləsə, bunlar tarixi abidələrimizi də hasarlayacaqlar.
Bizdə olan məlumata görə, İçəri Şəhərdə xeyli əraziyə şlaqbaum qoyulub. Və İçəri Şəhərə daxil olmaq üçün mütləq pul ödəməlisən.
Gördünüzmü, İçəri Şəhər kimi tarixi məkanı da özəlləşdiriblər.
Əslində “Sədərək Yusif” deyilən şəxs ticarət mərkəzində girişə şlaqbaum qoyub pul yığırsa, başqa yerlərdə də belə olmalıdır.
Biz yuxarıda Nəsimi rayonu ərazisini misal çəkdik. Amma hazırda bütün rayonlarda eyni vəziyyətdir.
Lakin Nəsimi rayonu ərazisində baş verənlər, ümumiyyətlə, heç bir əndazəyə sığmır.
Balaca bir boş yer tapan kimi kimlərsə gəlib həmin ərazini mıxlayır, turba basdırır, hasara alır.
Bunlar başa düşmür ki, yaşlı insan keçir, uşaq keçir, gecə vaxtı qaranlıqda keçən olar.
Axı, bu başı kəsik qara turbalar kimin ürəyinə girsə, pərçim olsa, iraq olsun ölə bilər, şikəst ola bilər...
Biz niyə özümüz özümüzə qənim kəsilmişik.
Bəli, qarşıdan yay mövsümü gəlir.
Hər il yay gələndə eyni problemlə üz-üzə gəlirik.
Hansı gədəsə, dənizin qırağını hasarlayıb və özünə şəxsi çimərlik-plyaj düzəldib.
Kim özü və ailəsi ilə çimərliyə getmək istəyirsə, mütləq pulunu verməli, hətta avtomobillə daxil olursa, pul ödəməlidir.
Gördünüzmü, hasara almağın, turba basdırmağın buynuzu-zadı olmur ki..?
Yəni insanların istirahət hüququnu əllərindən alırlar, hətta adamlara işgəncə verirlər.
Şəhərin içərisində avtomobil saxlamaq üçün saatlarla “kruq” vurmalısan, sonda tapdığın məkanın qiyməti isə əl yandırır.
Kimsə haranısa, hasara alıb özü üçün “parkovka” yeri düzəldib. Qabağına da turba basdırıb.
Bakıda hər gün baş verən probkaların səbəblərindən biri, bəlkə də birincisi budur.
Hər yeri hasarlayıblar, mıxlayıblar, avtomobil axını üçün normal yol qalmayıb.
Kim nə deyir desin, 5-6 il sonranın paytaxt Bakısını adam təsəvvürünə gətirəndə, adamın təpəsindən tüstü çıxır...
Kaş ki, yanılaydıq.
Kaş ki, bir gündə paytaxtımıza pərçim olan bəzi mıx-məmməd məmurları çıxarıb atan olaydı... /Gundelik-baku.com/
Nəsimi rayonunda boş yer görən kimi jekin əli ilə qara turbalar basdırıllar- Asif Əsgərovun nəzərinə…
28
aprel
13:05
Qarabağ
KOMMENTLƏR
Moskva univermağının qarşısında xaos... - Əcəmi metrosunun çıxışındakı əraziyə turbalar basdırılıb, şlaqbaum, zəncirlər və s...
“Binə” və “Sədərək” bazarında 50 qəpik “torpaqbasdı”, yol pulu…. - Yusif Qədimbəylinin “parkofqa biznesi”…
İqbal Əliyev meşələrə qənim kəsilib-Ekologiya nazirliyi niyə susur ?
“Nehrəmli Əli…” kimilər Bakının küçələrində reketlik edir.. - Paytaxtda “parkovka” məsələsi ciddi problemə çevrilib…
Nəsimi rayonunda az qala səkilərə də ŞLAQBAUM qoyulub… - Parkovka adı altında hər gün külli miqdarda pul yığılır…
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı