Görəsən, rayon və şəhər icra hakimiyyəti hara baxır..?
Təxminən 30 il əvvəl SSRİ-nin dağılması ilə ölkəmiz Azərbaycana özəl biznes ayaq açdı. Biz bir media olaraq özəl biznesin, sahibkarlığın əleyhinə deyilik. Əlbəttə, şəxsi restoranların, kafelərin, marketlərin, ticarət obyektlərinin olması cəmiyyətimiz və dövlətimiz üçün faydalıdır.
Birincisi, hər açılan obyekt yeni iş yerləri deməkdir və əhalinin məşğulluğudur.
İkincisi, hər açılan obyekt dövlətin büdcəsinə vergi köçürür, bunun əhəmiyyəti isə hamıya məlumdur. Amma.. Əmması odur ki, hər açılan obyektin sahibi öz obyektinin qarşısını hasarlayır, turbalar basdırır və gediş-gəlişə imkan vermir. Bir soruşan olmur ki, ay adam, bura sənin atanın yeri deyil, nə üçün vətəndaşların gediş-gəliş yolunu hasarlamısan..? Bu hələ harasıdır..? Restoranlar, kafelər, marketlər hətta səkiləri belə zəbt edirlər.
Təsəvvür edirsiniz, səkiləri zəbt edirlər. Bu da hələ problemin hamısı deyil. Özəl obyekt sahibləri Allah qoymasa, özəl dayanacaqlar düzəldirlər, özü də pullu, hətta ŞLAQBAUM da qoyurlar. Bu gün Bakıdakı bütün özəl obyektlərin qarşısı şəxsi parkinqə çevrilib. Nəinki avtomobillərin, hətta piyadaların keçməsi mümkün deyil. Şəhərin küçələrində, səkilərində bu qədər turba basdırılmasına kim icazə verib..?
Əgər sabah qaranlıqda kimsə bu dəmir turbalara pərçim olsa, buna kim cavab verəcək..? Bəs paytaxtın təsərrüfatı ilə məşğul olan qurumlar hara baxır..?
Paytaxtımızın belə xaos məkanlarından biri də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən "Moskva" univermağının ( Moskva Ticarət Mərkəzi Qapalı Tipli Səhmdar Cəmiyyətinin ) qarşısındakı məkandır.
Təsəvvür edirsiniz, kimsə öz toy məclisi üçün, yaxud başqa bir məqsədlə Moskva univermağına gəlibsə...bura onun üçün əsl stres, əsəb, gərginlik məkanı olacaq. Axı, univermağın qarşısı niyə kimlər üçünsə özəl avtodayanacağa çevrilib..?
Buradakı irili-xırdalı obyektlərin qarşısı az qala dəmir çəpərə alınıb, turbalar basdırılıb, hələ şlaqbaum qoyanlar, keçidi zəncirləyənlər də var. Bura bir daxil ola bilən sevinər, bir də buradan qaçıb canını qurtaran. Yolun ortasında kimsə özünə xırda alış-veriş üçün “toçka” düzəldib. Bir sözlə, əsl cəhənnəm əzabı... Bu hələ harasıdır..?
Moskva univermağından 5-10 metr kənarda, düz Əcəmi metrostansiyasının çıxışındakı "McDonalds" restoran-kafesinin qarşısı da bərbad gündədir, bu ərazilərdə hara baxırsan hasara alınıb, zəncirlənib... Bu adamlara başa salan yoxdur ki, bu ərazi Əcəmi metro stansiyasının çıxışıdır. Sabah iraq olsun bir hadisə baş versə, bu məkan bilirsiniz nə vəziyyətə düşə bilər..?
Digər tərəfdən axı metro çıxışlarının 20-25 metri Metropolitenin təhlükəsizlik ərazisi sayılır. Sabah bir yanğın olsa, FHN-nin maşınları bura necə daxil olacaq..? Hələ qeyd etdiyimiz məkanda ətrafdakı ağacların kəsilməsi də bir başqa problemdir. Görəsən, burada küçəni hasarlayaraq, qanunsuz işlərlə məşğul olan şəxslərə, vətəndaşların piyada və avtomobil yolunu kəsməyə hansı məmur icazə verib..?
Hələ bu harasıdır..? Moskva univermağına bazarlıq etməyə gələn vətəndaşların avtomobil nömrələri pullu dayanacaq nəzarətçiləri tərəfindən qeyd edilir. Qanunsuz pul tələb etməkləri bir yana, görəsən, bu özəl nəzarətçilərə kim icazə verib ki, vətəndaşların avtomobillərinin dövlət nömrəsini yazsınlar..? Ümumiyyətlə, Moskva univermağının ətrafında heç bir nəqliyyat qaydalarına əməl olunmur. Görəsən, Şəhər Yol Polisi hara baxır..?
Görəsən, bu ərazinin aid olduğu Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Asif Əsgərov, yaxud Bakı Şəhər İcra hakimiyyətinin başçısı hörmətli Eldar Əzizov bu acınacaqlı, dözülməz vəziyyəti görmürlər..?
Bizim məqsədimiz bir media olaraq hansısa məmuru tənqid etmək deyil. Bizi narahat edən məsələ cəmiyyətimiz və millətimiz üçün kimlərinsə yaratdığı problemdir... Kimlərsə milyonlar qazanacaq deyə, sıravi vətəndaşlar işgəncə, əsəb, sterss yaşamalıdır..?
Axı, cənab Prezident İlham Əliyev dəfələrlə belə hallara qarşı kəskin mövqeyini bildirib. Bura dövlətimizin paytaxtıdır, şəhərin mərkəzi ərazisidir.
Ümid edirik ki, yaxın zamanda rayon və şəhər rəhbərliyi bu ərazidə səliqə-sahman yaradacaq.
Bizlər isə, Nəsimi rayon ərazisində olan alış-veriş mərkəzlərinə biri-birimizə sürtünərək getməyəcəyik.
P.S. Bəzi məmurların tamah dişlərinin çəkilməsi çoxdan çatıb, cənablar!
Yeniekinçi.az
Moskva univermağının qarşısında xaos... - Əcəmi metrosunun çıxışındakı əraziyə turbalar basdırılıb, şlaqbaum, zəncirlər və s...
25
oktyabr
14:07
Qarabağ
KOMMENTLƏR
“Binə” və “Sədərək” bazarında 50 qəpik “torpaqbasdı”, yol pulu…. - Yusif Qədimbəylinin “parkofqa biznesi”…
Nəsimi rayonunda boş yer görən kimi jekin əli ilə qara turbalar basdırıllar- Asif Əsgərovun nəzərinə…
Ərdoğanın oğlu restoran açdı
Xırdalanı “metr-metr” satın alan Rövşən...- Bir gün Xırdalan sakinləri aksiya keçirib səni tələb edəcəklər...
Yol kəsən “Sədərək Yusif”in şlaqbaum biznesi... - Hər sürücüdən alınan 50 qəpik yol pulu , ayda 100 milyonlar edir...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı