Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı həbs edilməsi Vidadi Zeynalovun bütün planlarını pozdu.
Söhbət keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovdan gedir.
Ceyhun Cəfərovla yeznə-qayın olan Vidadi Zeynalov səs-küylü “Rabitə işinə” görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilsə də...sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ilə endirilib və…azadlığa buraxılıb. Vidadi Zeynalovun əmlaklarının bir hissəsi üzərindən həbs də götürülüb. Bir sözlə, Vidadi Zeynalov canını yaxşı qurtara bilib. Və düşünürdü ki, Kürdəmirin icra başçısı olan qohumu Ceyhun Cəfərovla birgə Çexiyada və başqa ölkələrdə olan bizneslərini bundan sonra rahat idarə edə biləcəklər.
Amma atalar deyir ki, sən saydığını say, gör fələk, daha doğrusu Korrupsiya İdarəsi nə sayır.
Atalar onu da deyir ki, dərd gələndə birdən gəlir.
Yenicə həbsdən canını qurtaran Vidadi Zeynalov hardan biləydi ki, qohumu Ceyhun Cəfərovu qandallayacaqlar.
İndi Vidadi Zeynalov qalıb türmə qapılıarında, yəni Ceyhun Cəfərovun dalınca gedib,gəlir.
Canını 11 illik cəzadan yüngül qurtaran Vidadi Zeynalov nəsə düşünüb planlaşdırır.
Bu yerdə Bakı Şəhər İcra Hakimiyyətinin bəzi vəzifəli şəxsləri yaman təşviş keçirir. Görəsən yeznə-qayın yenə nə törədirlər ki, meriyada bəziləri qarınağrısı tutub.
Bu barədə növbəti yazıda.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)
Vidadi Zeynalovla Ceyhun Cəfərovun planı Bakı ŞİH-də bəzilərini təşvişə salıb
01
sentyabr
17:22

Qarabağ
KOMMENTLƏR
Vidadi Zeynalovun yenidən həbsi gözlənilir
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Kürdəmirin icra başçısı ilə bağlı ilginc iddialar... - İmkanı olsa, istefa verib, qaçar...
Vidadi Zeynalovun xaricdə şirkəti üzə çıxdı - Sənədlər
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat