“Şəffaflığın təmin olunması nəticəsində Dövlət Gömrük Komitəsi (DGK) büdcə daxilolmaları ilə bağlı proqnozu artıqlaması ilə yerinə yetirir, gömrük sistemində məmur-biznes təması 0-a endirilib”.
Bakisesi.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı DGK-nın Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
DGK rəsmisi həmçinin bildirib ki, Hesablama Palatası büdcənin icrası ilə bağlı rəyini parlamentə müzakirələrdən cəmi 1 gün əvvəl təqdim edib: “Odur ki, rəylə ətraflı tanış olmaq üçün vaxt az olub. Bu rəy daha tez təqdim olunsaydı, yaxşı olardı”.
Millət vəkili Vahid Əhmədov da sözügedən məsələyə iradını bilirib: “Bir günə bu rəylə necə tanış olmaq olar?”
Deputat Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan rəsmi göstəricinin reallığı əks etdirmədiyini də qeyd edib: “Bilmirəm Dövlət Statistika Komitəsinin sədri bazara gedir ya yox, Azərbaycanda nəyin qiyməti azalıb?! Mən ucuzlaşmanı hiss etməmişəm. Əksinə, qiymətlər artıb. Bu məsələni digər həmkarlarım da Milli Məclisdə qaldırıblar. Danışanda elə danışmaq lazımdır ki, inandırıcı olsun”.
"Statistika Komitəsinin sədri bazara gedir ya yox?"
21
may
14:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev