Ali Baş Komandan İlham Əliyev son sözünü dedi:
Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hərbi yola əl atmaqdan başqa çarəsi qalmır
Məlumdur ki, Ermənistanın rəhbərliyinin son 1 ildə özünü aparması, Dağlıq Qarabağda Yallı getməsi, Paşinyanın arvadının erməni arvadlara Qarabağda hərbi təlim keçməsi, Paşinyanın Qarabağ Ermənistanındır deməsi və s onu göstərdi ki, Ermənistanın barış siyasəti yoxdur.
Cənab İlham Əliyevi yaxından tanıyanlar bilir ki, cənab Prezident ən ziddiyyətli-anti qütbləri barışdırmağı, birgə əməkdaşlığı, humanist və bəşəri dəyərləri, sülhü, müasir dünyanın qəbul etdiyi qaydaları qəbul edən liderdir. Yəni MAĞARA LİDERİ Paşinyandan fərqli olaraq cənab İlham Əliyev müasir dünyanın dili ilə danışmağı bacarır. Paşinyan isə dünya dilində ''kitayski'' danışır. Bütün bunlar sonda cənab İlham Əliyevi SON SÖZ deməyə məcbur etdi. İlham Əliyevi yaxından tanıyanlar bilir ki, heç vaxt HÖKM ritorikasında danışmır. Həmişə BARIŞ üçün ayaq yeri saxlayır.
Amma… Son məqamda hamı bilir ki, cənab İlham Əliyevi öz qərarından döndərmək mümkün deyil.
Və Cənab Prezidentin son çıxışına diqqət edək:
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclas keçirilib. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. İclasda həm Qoşulmama Hərəkatının sədri kimi, həm də Azərbaycan Prezidenti kimi çıxış edən İlham Əliyev xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkib. Ölkə başçısı bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. İlham Əliyev həmçinin işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələrin məhv olunmasına, mülki əhalini hədəfə alınmasına diqqəti çəkib. “Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir”, - deyə İlham Əliyev vurğulayıb. Ermənistanın bu addımları Azərbaycan üçün hərbi əməliyyatları zərurətə çevirir. Bir halda ki, rəsmi İrəvan təxribatlarından əl çəkmir, “Qarabağ Ermənistandır” deməklə danışıqlar prosesini mənasız diskursa çevirir o zaman Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün hərbi yola əl atmaqdan başqa çarəsi qalmır.
Bəli, Azərbaycanın başqa çarəsi qalmır. Prezidentin son çıxışlarındakı sərt forma artıq çox mətləbdən xəbər verir. Türkiyənin son ciddi dəstəyi və Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlunun “Ermənistan ağlını başına yığsın” müraciəti və Müdafiə Nazirliyimizin son hərbi təlimləri ondan xəbər verir ki, artıq müharibənin qoxusu hiss olunur.
Ermənilər isə təşvişə düşüb.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)
Müasir dünyanın dili ilə danışmağı bacaran İlham Əliyev və MAĞARA LİDERİ Paşinyan
23
sentyabr
14:48

Qarabağ
KOMMENTLƏR
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
Bu, Ermənistanın dövlət siyasətidir - İlham Əliyev
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
“Qarabağın mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat