Vətən Müharibəsinin bir ayı tamam olur. Azərbaycan geridə qalan bir ay müddətində həm döyüş meydanında, həm də diplomatik müstəvidə tarixi uğurlar əldə edib. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatları zamanı düşmənə sarsıdıcı zərbələr vurulub, işğalçıların xeyli sayda canlı qüvvə və texnikası məhv edilib.
Ordumuzun uğurlu əməliyyatları nəticəsində 1 ay ərzində 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı), 3 qəsəbə (Hadrut, Mincivan və Ağbənd), 165 kənd və Murovdağ zirvəsi daxil olmaqla, bir sıra strateji yüksəkliklər işğaldan azad olunub. Həmçinin, ölkəmiz üçün strateji əhəmiyyəti və mənəvi dəyəri böyük olan Xudafərin körpüsü azadlığa qovuşub.

Döyüşlərdə ölkəmiz üçün digər strateji əhəmiyyətli Suqovuşan kəndi və Hadrut qəsəbəsi də erməni işğalından azad olub. Suqovuşan kəndinin azad olunmasından sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Bununla bir neçə rayonumuzun su problemi öz həllini tapıb. Belə ki, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsilə ekoloji tarazlıq təmin edilir.
Vətən Müharibəsi ölkəmizdə həm də Dövlət-Xalq birliyini, milli həmrəyliyimizi göstərdi. Azərbaycan Xalqı indiyədək olmadığı qədər birlik, vəhdət nümayiş etdirir. Minlərlə gənc könüllü ordu sıralarına yazılmaq üçün müraciət edib. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən Azərbaycan xalqının yalnız bir amalı var – Torpaqlarımızı işğaldan azad etmək, şanlı bayrağımızı Şuşada, Xankəndində və digər işğal altında olan ərazilərimizdə dalğalandırmaq…
Və buna da artıq nail oluruq. Rus hərbi ekspertlərinin verdikləri xəbərə görə Laçının azad edilməsi  az zamanda həll olunacaq. Bununla da erməni hərbi birləşmələrinə gedən təhcizat və kömək kəsiləcək. Bu faktiki olaraq Ermənistanın məğlubiyyətlə barışması olacaq.
Azərbaycan tək cəbhədə deyil, siyasət meydanında da qələbə qazanıb. Azərbaycan prezidenti açıq məntnlə Ermənistanı gizli yolla silahlandıran dünya güclərinə mesaj yolladı.Bildirdi ki, Azərbaycan öz tarixi torpaqlarını hərbi yolla azad edəcək. Danışıqları sərsəm açıqlamaları ilə mənasız etmiş . Ermənistanın xunta rəhbərliyi ilə heç bir danışıqlar olmayacaq. Birmənalı olaraq Ermənistan qoşunları Dağlıq Qarabağdan çıxmalı və yalnız bundan sonra iki xalq dinc şəraitdə bu torpaqlarda yaşayışlarını təmin etməlidirlər.
Qeyd edək ki, Azərbaycan siyasi tarixində heç bir lider xalq tərəfindən İlham Əliyev qədər səbirsizliklə gözlənilməyib. Onun çıxışlarının hər kəlməsi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.
Qafqaz. Tv bildirir ki, Xalq-hakimiyyət birliyinin bariz sübutunu kim görmək istəyirsə Azərbaycana buyursun. Bunlar pafoslu sözlər deyil reallıqdır.
Sosial şəbəkələrdə prezidentin haqqında yazılanlara baxaq. Birmənalı olaraq ümumi fikir budur ki, Azərbaycan tarixində düşməndən torpaq olan sonuncu Azərbaycan hökmdarı Nadir Şah Əfşar olub. Yeni tariximizdə bu prezident İlham Əliyevdir. Və tariximizə də əbədi olaraq bu cür həkk olacaq.
Bir çox vətəndaşlar isə artıq İlham Əliyevə ömürlük prezident statusunun verilməsini təklif edirlər.скачать dle 12.1