Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. 
Bakisesi.com FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 210 m² olan 4 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 12.1