"Bakıya tez gəlmişik və özümüzü yaxşı hiss edirik. Bilmirəm bu bizə necə təsir edəcək, amma yaxşı hazırlaşırıq".
Bakisesi.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın yarımmüdafiəçisi Qranit Caka Avropa Liqasının finalında sabah Bakı Olimpiya Stadionunda "Çelsi" ilə keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib. London klubunun erməni futbolçusu Henrix Mxitaryanın paytaxtımıza gəlməməsinə münasibət bildirən isveçrəli futbolçu bunları deyib:
"Hesab edirəm ki, biz siyasi məsələlərdən çox danışdıq. Gəlin, indi isə futbol haqda danışaq. Düşünürəm ki, əsas məqsədimiz qələbə qazanmaqdır. Emerinin böyük təcrübəsi var. İsrəyirik ki, qalib gəlməklə onu məmnun edək".
Caka Çempionlar Liqasına vəsiqə üçün finalda qalib gəlməyin önəminə də toxunub: "Düşünürəm ki, ÇL-də oynamalıyıq. Amma Premyer Liqada ilk "4-lüy"ə düşə bilmədik. Bu isə yeganə şansdır və ondan maksimum istifadə etmək istəyirik. Bizim üçün harda oynamaq bəhanə ola bilməz. Bakıda da olsa, Londonda da olsa, qələbə qazanmaq əsas hədəfdir".
Təcrübəli oyunçu fikirlərini bu sözlərlə tamamlayıb: "Mənimlə birlikdə "Arsenal"da daha bir isveçrəli var və biz bu titulu qazansaq, böyük qürur hissi olacaq".
Qeyd edək ki, sabah keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Gəlin, siyasətdən yox, futboldan danışaq" -
29
may
14:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev