Azərbaycan Dillər Universitetində (ADU) “Səfir saatı” layihəsi çərçivəsində universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Fəlsəfə və ictimai elmlər kafedrasının “Argentinanın iqtisadiyyatı”, Regionşünaslıq kafedrasının “Argentinanın coğrafiyası” və “Argentinanın etnoqrafiyası” kitablarının təqdimatı keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri iştirak edib.
Professor Jalə Qəribova səfiri ADU-da görməkdən məmnunluğunu bildirib. O, universitetin uzun illərdən bəri Argentina səfirliyi ilə sıx əməkdaşlıq etdiyini deyib. Argentinaşünaslıq ixtisasında təhsilin uğurla davam etdirildiyini qeyd edən J.Qəribova əməkdaşlıq çərçivəsində səfirliyin dəstəyi ilə Argentina universitetləri ilə əlaqələrin qurulduğunu xatırladıb.
Argentinanın səfiri Serxio Osvaldo Perez Qunella Argentina səfirliyi ilə universitet arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inamını ifadə edib. Universitetdə fəaliyyət göstərən kafedraların təşkilatçılığı ilə Argentina haqqında kitabların çap olunmasını yüksək qiymətləndirib. Azərbaycan və Argentina dövlətləri arasında bənzərliklərin olduğunu deyən səfir iki ölkə arasındakı əlaqələrdən danışıb.
Tədbirdə Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva Argentina ilə bağlı Azərbaycan dilində kitabların hazırlanması haqqında layihədən danışıb. Kafedranın dosenti Aqil Şahmuradov “Argentinanın etnoqrafiyası”, müəllimi Sevinc Qurbanova “Argentinanın coğrafiyası”, İspan dili mərkəzinin müdiri Nərgiz Mədətova isə Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Kəmalə Yusifovanın tərtib etdiyi “Argentinanın iqtisadiyyatı” kitabları haqqında ətraflı məlumat veriblər.
Argentina səfiri “Səfir saatı” layihəsi çərçivəsində
30
may
12:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev