Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.
Xatırlayırsınızsa br müddət əvvəl həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edilmişdi.
Daha sonra Abşeronda daha bir neçə vəzifəli şəxs saxlanıldı, barələrində cinayət işləri başlanıldı.
Qafqaz.tv-yə verilən məlumatlara görə bu yaxınlarda Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Qərəman Rüstəmov da güc strukturlarının diqqətini cəlb edib. Hətta onun qısa müddətdə saxlanılaraq sonra azad buraxılması deyilir.
Hazırda bu şəxsin korrupsiya əməllərinə aid yoxlamalar başlayıb. Bu arada Abşeron İH başçısının müavini Fuad Qəhrəmanovun bir müddət gözə dəyməməsi şübhə yaratmışdı.
Qeyd edilir ki, başçı İradə Gülməmmədovanın əhatəsindəki həlqə daralır. Həbslərin rayon rəhbərliyindən yan keçməyəcəyi artıq şübhə doğurmur.
İradə Gülməmmədovanın rayonunda həbslər davam edəcək-Yeni faktlar
11
noyabr
12:57
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı