Bu yaxınlarda aktualxeber.az saytında “Direktor müəllimədən 700 manat rüşvət tələb edib” başlıqlı məqalə dərc etmişdik. Məqalə Şəmkir rayon Düyərli kənd 2 saylı orta məktəbin müəlliməsi Əliyeva İradə Hüseynalı qızının müraciəti əsasında hazırlanmışdı. Şikayətçi deyirdi ki, ixtisasca biologiya və həyat bilgisi müəlliməsidir. İradə xanım bu fənlər üzrə 2015-ci ildə Bakıda keçirilən kurslarda iştirak edərək rəsmi sertifikat da alıbmış. İndiyədək də yuxarıda adı çəkilən məktəbdə həmin fənlərdən dərsləri deyibmiş. Lakin direktor İsmayılova Bela Bəymalı qızı ondan 700 manat rüşvət tələb edib, ala bilməyəndən sonra hər şey dəyişib. İradə Əliyeva rüşvəti verməkdən imtina edəndən sonra, bu ilin oktyabrın 1-dən direktor onun dərs saatlarını kəsərək saxta serifikatlı bəzi müəllimələrə pul müqabilində satıb. Gah deyib ki, həmin müəllimə sertifikatı onlayn alıb, gah deyib ki, 2016-cı ildə kurs keçib. Əgər bu müəllimənin 2016-cı ildən sertifikatı var imişsə niyə indiyənədək dərs tələb etməyibmiş? Direktor Bela İsmayılova İradə Əliyevaya deyib ki, get hara şikayət edirsən et, mənim arxamda dayananlar var. Şikayətçinin sözlərinə görə Şəmkirdə hazırda Təhsil Şöbəsinin müdiri yoxdur və onu əvəz edən şəxs var. Həmin şəxs də Bela İsmayılovanın yaxın adamı olduğuna görə direktor arxayınlaşıb. Şikayətçi eyni zamanda qeyd edir ki, kənddə əlilliyi olan uşaqlara ev şəraitində dərs keçilmir. Halbuki dövlət büdcəsindən bu işlərə xeyli pul vəsaiti ayrılır. Qeyd edək ki, bu direktorla bağlı “youtube” sosial şəbəkəsində xeyli şikayət süjetləri var.
Sonda onu da qeyd edək ki, bizim məqaləmiz dərc edildikdən sonra direktor şikayətçini hədələmiş və ona ismarıc göndərərək icra başçısı Alimpaşa Məmmədovun köməkliyi ilə onun yerdə qalan dərs saatlarını da əlindən alacaqdır. Çünki son vaxtlar Bela İsmayılova öz yaxın ətrafına deyir ki, onun arxasında Təhsil Şöbəsinin müdirindən əlavə icra başçısı da dayanır. Ümidvarıq ki, bir kənd məktəbinin direktorunun qanunsuz əməllərinin və özbaşınalıqlarının qabağını alacaq bir dövlət qurumu tapılacaqdır.aktulxeber.az/
Qarşı tərəfi də dinləməyə hazırıq.
Alimpaşa Məmmədovun ərköyün direktoru
18
noyabr
10:50
Qarabağ
KOMMENTLƏR
Direktor müəllimədən 700 manat rüşvət tələb edib-ŞƏMKİRDƏ
Təhsil nazirliyi bu faktı nəzərə almalıdır - İTTİHAM
Göygöldə təhsil sistemi bərbad gündədir - GİLEY
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı