Daha əvvəl keçmiş Milli Təhlükəzilik naziri Eldar Mahmudovun ətrafında yaranmış qalmaqalda adı hallanan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova yeni cinayət işi açıla bilər. Belə ki, R.Məmmədovla bağlı Baş Prokurorluğa 1,5 milyon manatlıq şikayət daxil olub.
BAKISESI.COM xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Şikayətçilər Bakı sakinləri - 48 yaşlı Şahin Hüseynov, 49 yaşlı Nazim Şıxəliyev və 51 yaşlı Sumqayıt sakini Sahib Musayevdir. Onlar bildiriblər ki, R.Məmmədovun şirkətinə işə düzəliblər. İşçilər Bayıl qəsəbəsi ərazisindəki tikintidə çalışıblar. Lakin onların maaşı verilməyib. Şikayətçilər iddia edirlər ki, R.Məmmədov onlara 1 milyon 587 min manat ödəməlidir.
Prokurorluq təhqiqat üçün materialları Səbayıl Rayon Polis İdarəsinə göndərib. Faktla bağlı heç kim saxlanılmayıb.
Qeyd edək ki, "Azimport” şirkətinin keçmiş rəhbəri R.Məmmədov 2015-ci ilin mayında VİB MMC-nin sahibi, biznesmen Zabil Salmanovun şikayəti əsasında saxlanılıb. Z.Salmanov sonradan R.Məmmədovun işi üzrə sensasiyalı etiraf edərək bəyan edib ki, onu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinə qarşı ifadə verməyə məcbur ediblər.
O qeyd edib ki, R.Məmmədova ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli zabitlərinin təzyiqi ilə böhtan atıb. Bununla da R.Məmmədov Cinayət Məcəlləsinin 178.3.3-cü maddəsi (külli miqdarda zərər yetirməklə dələduzluq) ilə müqəssir bilinib.
R.Məmmədov 2016-cı ilin iyununda azadlığa çıxıb.
Bu arada, işçilər əvvəllər də "Azimport” şirkətindən şikayət ediblər. Şirkət onları aldadaraq vəd edilmiş əməkhaqlarını verməyib. Bu şirkətin işçiləri bir neçə ay ərzində pul almayıblar. Bununla əlaqədar 2016-cı ildə 500-ə yaxın işçi dövlət başçısına şikayətlə müraciət edib.
Bayraq Meydanının eks-rəhbərinə 1,5 milyonluq ittiham
04
iyul
00:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat