“İki yüz otuz üç manat təqaüd aldığım üçün 190 manat yardımı ala bimədim. Bundan başqa Əməkdar artist adıma görə 100 manat da mükafat alıram”.
Bu sözləri 67 yaşlı Əməkdar artist Ədilə Əflaki deyib.
Bundan başqa o, mənzil şəraitinin çox pis vəziyyətdə olduğunu da deyib.
“Mənzil şəraitim çox pis vəziyyətdədir. Fiziki qüsurlu oğlumla 16 kvadrat metr sahəsi olan qəzalı mənzildə yaşayıram. Oğlumun 36 yaşı var, müavinət alır. 130 manat əlillik təqaüdü aldığı üçün ona da heç bir sosial yardım vermədilər”,- deyə Ə.Əflaki qeyd edib.
Əməkdaşımızın “Sənət dostlarınız bu günlərdə bir çox insana əl tutdular, yardım etdilər. Onlardan kimsə sizə yardım etdimi?” sualına Ədilə Əflaki belə cavab verib:
“Mən Bakı milyonçusu, dahi şəxsiyyət, xeyriyyəçi Ələkbər bəy Nəzərlinin nəvəsiyəm. Mənim babam o vaxtlar Bakının 60 faizinə yardım edirdi. Onları geyim və qida ilə təmin edirdi. Uzun illər Opera və Balet teatrında çalışıb. Onun adı milli ensiklopediyada və muğam ensiklopediyasında işıqlandırılıb. Mən sənət dostlarımdan heç bir yardım qəbul etmək istəmirəm. Özümü tərifləmək kimi çıxmasın, mən onlardan çox yüksəkdəyəm. O cür dahi bir şəxsiyyətin nəvəsiyəm”.
Əməkdar artist karantin zamanı ona yardım edənlərdən də söz açıb.
“Bu yaxınlarda millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və teleaparıcı Hacı Nuran Hüseynov mənə baş çəkməyə gəlmişdiər. Sağ olsunlar, mənə yardım gətirmişdilər. Onlar da mənim bu çətin yaşayış şəraitimi gördülər. Qənirə xanım, mənə söz verdi ki, əlindən gələn yardımı, köməkliyi mənə göstərəcək. Mən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub ilə müraciət etmişəm. Sağ olsunlar, məktub ünvanına çatan kimi Prezident Administrasiyasından və Mədəniyyət Nazirliyindən zəng etdilər, maraqlandılar. İnşallah, hər şeyin gözəl olacağına inanıram”,- deyə, o, bildirib.
Müsahibəsinin sonunda Əməkdar artist incəsənətdə iz qoyan sənətkarları unutmayanlara da öz minnətdarlığını bildirib.
“Məni unutmadığınız üçün, sizə təşəkkür edirəm. Hazırda çoxlarının yadına düşmürük. Mənim fikrimcə, insan heç vaxt keçmişini unutmamalıdır”,- deyə Ədilə Əflaki fikrini tamamlayıb.
Hazırladı: Vüsalə Balayeva
Ölkə.Az
"Babam Bakı milyonçusu olub, amma özüm 190 manat yardım ala bilmədim" — Əməkdar artist
06
may
13:02

Qarabağ
KOMMENTLƏR
Krediti olanlara ŞAD XƏBƏR — Dövlətdən 224 manat yardım ala biləcəksiniz - VİDEO
“Adına maşın var… Maşını doğrayıb yeyəcəm?” – Ekspertdən sərt tənqid
Qeydiyyatdan keçib, 190 manat ala bilməyən şəxslərə ŞAD XƏBƏR
250 manat yardım alan İzzət Bağırov təhqirlərə məruz qaldı — VİDEO
BNA rəsmisi Aybəniz Haşımovanın yalanını ÜZƏ ÇIXARDI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat