Əməkdar incəsənət xadimi, bəstəkar Nadir Əzimov müğənnilərin həvəskar bəstəkarlarla işləməsinə münasibət bildirib. Əzimov "Ölkə.Az"-a açıqlamasında deyib ki, son zamanlarda peşəkar bəstəkarlara təlabat çox azalıb: Virusla əlaqədar olaraq iş sıfır vəziyyətindədir. İşlədiyim bir-iki nəfər olsa da, ümumən işlərim dayanıb. Hazırda maddi durumla bağlı məsələ faciəvidir. Efirdə görürəm ki, çox müğənnilər danışırlar ki, maddi vəziyyətləri çox pisdir. Bir adam da çıxıb demir ki, yaxşı bəs bəstəkarlar nə etsin, nə ilə dolansın? İndi vəziyyət ümumiyyətlə gərgindir".
N.Əzimov bildirib ki, sənətçilərin həvəskar bəstəkarlarla işləməyə meylli olmasının səbəbi heç də qiymətlə bağlı deyil:
"Elə bəstəkar var ki, müğənniyə mahnını hədiyyə olaraq və ya ucuz qiymətə verir. Nə məsələ olduğunu bilmirəm, lakin baxanda görürəm ki, adi mahnıların baxış sayı 2-3 milyondur. Mənim gül kimi, hit əsərlərimin baxış sayı isə 2-3 mindir. Anlaya bilmirəm ki, o qədər baxış sayı haradandır".
Bəstəkar, Xalq artisti Eyyub Yaqubovun tanınmasında olan rolu barədə də söz açıb:
"Eyyub Yaqubovun doxsan faiz əsərlərini mən yazmışam. Eyyubla sonuncu dəfə ilyarım əvvəl iş birliyimiz olub. Hətta həmin mahnını qızımla oxuyub və klipi də çəkilib. Ancaq tanınmağında rol oynadığım heç bir müğənni indi məni axtarmır. Sonuncu dəfə adını çəkmək istəmədiyim bir müğənniyə 500 manata mahnı təklif etdim, o gedən, getdi. Halbuki əsər çox xoşuna gəlmişdi. Əminliklə deyə bilərəm ki, müğənnilərin efirlərə çıxıb "bəstəkarlar 5 minə, 10 minə mahnı satır" deməsi yalan söhbətdir".
Sonda Nadir Əzimov keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə bağlı məsələyə də aydınlıq gətirib.
Yanvar ayında birinci Viste-prezident Mehriban Əliyevanın köməkçisinin qəbulunda olmuşam. Mən ərizə ilə müraciət etdim və köməkçiləri də məni qəbul etdilər. Bildiyiniz kimi bəzi bəstəkarlara təqaüd verirlər. Hansı ki, həmin təqaüdü Eldar Mansurov, Faiq Sücəddinov da alır. Mənim iki müraciətim də elə bu barədə olub. Mehriban xanım müraciətimi məsələyə baxılması üçün Mədəniyyət Nazirliyinə göndərib. Nazirlikdə Sevda xanım adlı şəxs var. Zəng edib onunla danışıb, soruşdum ki ''Nəyə görə bu məsələyə baxmırsınız?'' Mənə cavab olaraq Əbülfəs müəllimin vəziyyətinin pis olduğunu, siyahıda adımın olduğunu, vaxtlarının çatmadığını bildirdi. Mən də soruşdum ki, ''Üçüncü dəfə də məktub gəlməlidir?''
Təəccüblüsü odur ki, Cənab Prezident İlham Əliyev keçmiş nazir Əbülfəs Qarayevin vaxtında Bəstəkarlar İttifaqına 650 min manat pul vəsait köçürüb. Bəstəkarlara yardım üçün köçürülən həmin pul vəsaiti yoxa çıxdı. Onlardan soruşmaq lazımdır ki, o pulları nə ediblər? Karantin dönəmində iclas keçirdilər. Həmin iclasda Əbülfəs Qarayev də iştirak edib. İclasda dedilər ki, guya ki, konsert təşkil ediblər. Karantin vaxtı hansı konsertdən söhbət gedə bilərdi, bilmirəm. Halbuki o məbləğ karantin dövründə bəstəkarların dolanışığı üçün ayrılmışdı. Firəngiz Əlizadə də iclasda qeyd etdi ki, Şəkidə və bir neçə yerdə konset verilib. Bəlkə də o özü üçün konsert verib, xəbərimiz olmayıb. Oğlu Londonda təhsil alır. Hər il bəzi bəstəkarlara 200 manat məbləğində pul ödəyirlər. Mən 8 ildir oradan heç nə almıram. Əgər belə getsə, Bəstəkarlar İttifaqının üzvlüyündən çıxacam. Çünki bir dəfə Firəngiz xanıma sual verdim ki, ''Nəyə görə Nadir Əzimova bu puldan düşmür?'' Cavabında dedi ki, sizin yaşınız buna uyğun deyil. 50-60 yaşlı bəstəkarlara bu məbləğ ödənilmir. Gənc və 60 yaşdan yuxarı bəstəkarlara ödənilir. Halbuki Firəngiz Əlizadə bəstəkarlar ittifaqını özəlləşdirib və həyat yoldaşı da yanında işləyir. Hansı ki, bəstəkarlığa aidiyyəti olmayan adamdır. Əvvəl ittifaqa piyada gəlirdi, indi ''BMW'' markalı maşın sürür.
"Firəngiz Əlizadə Bəstəkarlar İttifaqını özəlləşdirib, əri işə piyada gəlmişdi, indi ''BMW''-də gəzir
05
iyun
15:40
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev