Kanadalı müğənni Selin Dion nadir sağalmaz xəstəlikdən danışıb və bu səbəbdən də konsertlərini yarımçıq qoyub.
Sosial mediada yayımlanan video mesajında Dion ona milyonda bir insanda rast gəlinən “əzələ sərtliyi sindromu” diaqnozu qoyulduğunu açıqlayıb. Xəstəlik insanın mərkəzi sinir sisteminə təsir göstərir ki, bu da əzələ tonusunu artırır və nəticədə ağrılı spazmlar olur, sümük qırılmaları daha tez-tez baş verir.
“Bu nadir xəstəlik haqqında hələ hər şeyi bilmirik, amma indi bilirik ki, əziyyət çəkdiyim əzələ spazmlarının səbəbi budur”, - deyə 54 yaşlı müğənni bəyan edib.
O, xəstəlik səbəbindən yeriməyin çətinləşdiyini, həmçinin səs tellərini tam istifadə edə bilmədiyini etiraf edib. Nəticədə Dion Avropada 2023-cü ilə planlaşdırılan konsertlərini ləğv edib. İfaçı xəstəliyin inkişafını dayandırmaq üçün müalicə almağı planlaşdırır.
Mənbə: iz.ru
Selin Dion sağalmaz xəstəliyə tutulub: Konsertlərini ləğv etdi
09
dekabr
22:29
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı