"Əvvəl daha çox xroniki xəstəliyi olan, yaşlı insanların koronavirusu ağır formada keçirdiyini görürdük. Amma artıq xeyli sayda gənc insanın da xəstəliyi ağır formada keçirdiyi müşahidə edilir".
Bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, virusa yoluxanların 100 nəfərdən 80-ni onu yüngül formada keçirir:
“Bütün insanlarda yoluxmanın ilk günlərində xəstəlik yüngül formada olur. Xəstəliyi ağır keçirənlərin də vəziyyəti ilk mərhələdə yüngül olur. Lakin xəstəliyin 7-10-cu günündə onun ağırlaşdığını görə bilirik”.
V.Əliyev qeyd edib ki, xəstəliyin hansı insanda hansı formada keçəcəyini əvvəlcədən demək qeyri-mümkündür: “Virusa xas olan əlamətlər çoxdur. Xəstəliyin bədən hərarətinin yüksəlməsi, əzələ və baş ağrısı, təngnəfəslik, dad və iy bilmənin itməsi kimi əlamətləri var. Şərt deyil ki, biz bütün bu əlamətləri bir adamın üzərində müşahidə edək. Ola bilər ki, bu simptomların 1-2-si insanlarda fərqli formada görünsün”.
Virusa yoluxan gənclərin çoxunda ağırlaşma müşahidə edilir
27
noyabr
15:12

Qarabağ
KOMMENTLƏR
Gündəlik yoluxma sayı 4 mini ötəcək - İnfeksionistdən HƏYƏCAN TƏBİLİ
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
Saakaşvili koronavirusa yoluxdu
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat