Bəstəkar-müğənni Sivva ilə “Avroviziya-2022” təmsilçisi Nadir Rüstəmli bir araya gələrək “Əbədi sevgi” adlanan yeni mahnı və kliplərini təqdim ediblər.
Bəstənin sözləri Ruslan Karslı, musiqisi Sivvaya, aranjimanı Camal Qurbanova məxsusdur. Klipi rejissor Əli Fərhad ekranlaşdırıb.
Ekran işi sadə, lakin maraqlı süjet xətti əsasında lentə alınıb. Lirik balladanı dinləməklə “Əbədi sevgi”nin olması sualına cavab tapa biləcəksiniz.
скачать dle 12.1