Müğənni Roza Zərgərli Moskvada üç gün bayram konserti ilə səhnə alıb.
OLAY yazır ki, sənətçinin çıxışı zamanı izdiham yaşanıb. Belə ki, 500 nəfərlik zal tam dolduğu üçün 200-ə yaxın tamaşaçı yer olmadığına görə qapıdan qayıdıb.

Zərgərli çıxışından görüntüləri instaqram hesabında paylaşıb.
Bu izdihamı nəzərə alan təşkilatçılar apreldə yenidən konsert verməyi planlaşdırır.
Qeyd edək ki, müğənni Moskvadakı üç günlük tədbirin gəlirini Türkiyədəki zəlzələ qurbanlarına ianə edib.

скачать dle 12.1