67-ci Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Tural və Turan Bağmanovlar tanıtım turu çərçivəsində İstanbulda konsert veriblər.
22 yaşlı əkiz qardaşlar özləri tərəfindən yazılmış “Tell me more” mahnısı ilə küçədə konsert veriblər.
“Musiqi insanları bir araya gətirmək gücünə malikdir və İstanbul küçələri də istisna deyil. Bu inanılmaz anı bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik”, - deyə iki tanınmış sima bildirib.
Qeyd edək ki, Türkiyə yarışmada iştirak etmir, lakin yeni qaydalara əsasən, bu il tamaşaçıların səsverməsi daha genişlənəcək və müsabiqənin türk pərəstişkarları da iştirak edə biləcəklər.
скачать dle 12.1