Mədəniyyət Nazirliyi mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyevanın nazir Adil Kərimlinin qəbuluna düşə bilməməsi ilə bağlı səsləndirdiyi iddialara cavab verib.
Nazirlikdən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə nazirliyə hər hansı müraciət daxil olmayıb:
“Görkəmli teatr və kino aktyoru, Xalq artisti, dövlət mükafatı laureatı mərhum Yaşar Məmmədsadıq oğlu Nuriyevin sənət, yaradıcılıq, sosial qayğıları daim dövlətin və Mədəniyyət Nazirliyinin diqqətində olub.
Mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyevanın mətbuatda səsləndirdiyi fikirləri ilə bağlı yayılan məlumatlara cavab olaraq bildiririk ki, nazirliyə bu məsələ ilə bağlı son aylarda onun və yaxınları tərəfindən heç bir müraciət daxil olmayıb”, - deyə cavabda qeyd edilib.
Qeyd edək ki, R.Nuriyeva daha əvvəl nazir Adil Kərimlinin qəbuluna düşmək istəsə də, onunla maraqlanan olmadığını demişdi. Mərhum Xalq artistinin həyat yoldaşı, həmçinin Yaşar Nurinin adının küçəyə verilməməsi və yaşadığı evin qarşısında lövhə quraşdırılmamasından gileylənib.
Mədəniyyət Nazirliyindən Yaşar Nurinin həyat yoldaşının iddialarına reaksiya
10
may
17:08
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı