Mərhum Yaşar Nurinin ailəsi maddi baxımdan çətinlik yaşayır.
Bu barədə “Günün sədası” verilişində danışılıb. Xalq artistinin qızı Ülkər Yaşarqızı artıq bütün əşyalarını satdığını etiraf edib:
“İki telefonumu satmışam. Bahalı telefonum var idi, onu satdım, ucuzunu aldım. Sonra onu da satdım, daha ucuzunu aldım. İki dənə komplektim var idi, onları da satmışam. Artıq satmağa bir şey yoxdur. Mən nəyi satım?
Artıq utanıram. Mən Yaşar Nurinin qızıyam. Mən bilirsiniz necə yaşamalıyam?! Olsun çətinlik. Hamının çətinliyi olur, amma bu çətinlikdən bir çıxış yolu tapmaq lazımdır da”.
Sənətkarın həyat yoldaşı Rəhimə xanım isə bu ilin sentyabrında sənətkarın 70 illiyində mədəniyyət qurumları tərəfindən heç bir diqqət görmədiyini bildirib:
“Ayın 2-də (sentyabr ayı - red.) zəng gözləyirdim. Heç yaxın adamlarımdan da zəng almadım. Teatra zəng vurub dedim ki, sabah Yaşarın ad günü olduğunu bilirsiniz? Dedilər ki, Rəhimə xanım bilirdik, sadəcə kollektivi indi yığa bilmirik, ola bilsin, birigün gəldik, qəbri üstdə qeyd edərik, xahiş edirəm, siz də gəlin. Mən nə deyə bilərəm. Amma ayın 3-də qəbri üstdə mən tək idim. Qızlarım ayrı gedib, onlarla gedəndə pis oluram. Pul toplayıb qəbrin üstünə gül qoyduq, bu qədər.
2012-ci ildə bu hadisə başımıza gəldi, onu (Yaşar Nuri - red.) itirdik. 2021-ci ildir. Mən heç bir yerdən zəng, dəstək görmədim. Mədəniyyət qurumları “Şöhrət” ordenli bir sənətkarın ailəsinə zəng edib bayramını təbrik etmir. Bu, nə deməkdir?! Bu qurumlar nə ilə məşğuldur? Bu qədər də saymamazlıq olmaz da. Tək mən deyiləm”.
"Artıq satmağa bir şeyim yoxdur" - Yaşar Nurinin qızı
27
oktyabr
23:48

Qarabağ
KOMMENTLƏR
“Arif Quliyevi dəfn etdikləri yerin adı it dəftərində də yoxdur“ - Yaşar Nurinin xanımı
Yaşar Nurinin oğurlanmış əşyaları tapılıb? - Xanımından açıqlama
Nazirlik Yaşar Nurinin ailəsi ilə maraqlanmır: “Bir dəfə zəng etməyiblər“
Yaşar Nurinin şəxsi əşyaları oğurlandı
Pandemiyada Elton maşınını, Teymur Əmrah da evini satıb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat