“İran şirkətləri Dağlıq Qarabağın yenidən qurulmasında və bərpasında iştirak etməyə hazırdır”.
Bunu İran-Azərbaycan Birgə Ticarət Palatasının rəhbəri Hüseyn Pirmüəzzin deyib.
O bildirib ki, pandemiya dövründə İranın iqtisadi münasibətlərini qoruyub saxlaya bildiyi yeganə ölkə bəlkə də Azərbaycan olub: “Belə ki, müştərək gömrüklərimiz bir gün belə bağlanmayıb. Biləsuvar və Astara gömrükləri bağlanmamaqla yanaşı, ixrac qabiliyyətinin artması da müşahidə olunub. Pandemiyanın başladığı gündən bəri İranla Azərbaycan arasında iqtisadi əlaqələr davam etdirilib, ancaq iki ölkə arasında vətəndaşların gediş-gəlişi qadağan olunub. Hazırda gömrük-keçid məntəqələri 24 saatlıq rejimdə işləyir və ixrac ikitərəfli qaydada həyata keçirilir”.
H. Pirmüəzzin qeyd edib ki, indiyədək Qarabağın yenidən qurulmasında iştirakla bağlı İranla danışıqlar aparılmayıb: “Koronavirus pandemiyasına görə bağlanan yolların açılmasından sonra İran Qarabağın yenidən qurulması üçün təkliflər irəli sürəcək. Azərbaycan və İranın müştərək iqtisadi komissiyasının ilk iclasında bu məsələ ilə bağlı danışıq aparacağıq. Hazırda Qarabağda və sərhəd bölgələrdə fəaliyyət göstərə biləcək İran şirkətlərini toplayırıq”.
O vurğulayıb ki, İran Azərbaycanla bütün sahələrdə, o cümlədən tikinti, iqtisadi, müştərək sənaye şirkətlərin təsis edilməsi sahəsində əməkdaşlıq edə bilər: “Azərbaycan eyni zamanda, Avrasiya və MDB ölkələrinə ixrac istiqamətində tranzit təyinatı sayılır”. (APA)
İrandan Qarabağa dair təkliflər
30
noyabr
16:29
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev