Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “Foks Nyus” nəşrinə müsahibə verib.
Axar.az xəbər verir ki, Ərdoğan müsahibə çərçivəsində Türkiyənin müttəfiqləri barədə də danışıb.
Nəşr Ərdoğana “Ötən həftə rus və iranlı həmkarlarınızı qonaq etdiniz. Ən yaxın müttəfiqləriniz onlardır?” sualını ünvanlayıb:
“Belə deyim, bu proses “Ankara prosesi” deyil, “Astana prosesi”dir. Astana prosesi çərçivəsində atdığımız addımlarda əvvəllər ABŞ səfir səviyyəsində iştirak edib. Soçi razılaşması ilə İdliblə bağlı ilk addımı atdıq və bunun ikincisini Ankarada, üçüncüsünü Tehranda etdik. Burada təbii ki, ölkələrlə ən yaxın münasibətdə olduğumuz və ya olmadığımızı söyləmək yanlış olar. Strateji tərəfdaşlıq baxımından nə Rusiya, nə də İran NATO ölkəsidir. Biz NATO-da ABŞ-la bərabərik. NATO daxilindəki birliyimiz yəqin ki, bir şeylərdən xəbər verir. NATO daxilindəki bu strateji əməkdaşlığımızın digər sahələrə də təsir göstərməsini istəyirik”, - Ərdoğan bildirib.Moskvanın 2-2.5 saatlıq məsafədəki qonşu, Rusiya ilə Türkiyənin tarixən güclü bağlarının olduğundan bəhs edən Ərdoğan İranın da eyni məsafədə olduğunu, həmçinin bu ölkə ilə Qəsri-Şirin sülh müqaviləsinə əsaslanan münasibəti qeyd edib.
Qeyd edək ki, Qəsri-Şirin sülh müqaviləsi 1639-cu ildə Osmanlı və Səfəvi imperiyaları arasında, Azərbaycan dilində bağlanıb.
Ərdoğandan şok açıqlama: Nə Rusiya, nə də İran…
26
sentyabr
15:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev