Xarici İşlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib.
Xarici İşlər Nazirliyindən (XİN) Unikal.org-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Səfir etimadnaməsinin surətini nazir E. Məmmədyarova təqdim edib.
Qətərlə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Qətər tərəfinə təşəkkürünü çatdırıb. E. Məmmədyarov Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib.
Nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qətər Azərbaycana yeni səfir göndərib
19
oktyabr
14:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev