Aprelin 25-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının sədrlərinin iştirakı ilə videokonfrans şəklində növbəti müşavirəsi keçirilib.
YAP-dan bildiriblər ki, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, genişmiqyaslı islahatların əhəmiyyətindən bəhs edib.
Hazırda dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğunu deyən Əli Əhmədov bildirib ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir və bu tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Onun sözlərinə görə, qabaqlayıcı, sistemli tədbirlər nəticəsində Azərbaycan koronavirus infeksiyasının ən az yayıldığı ölkələr sırasındadır.
Əli Əhmədov, həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Belə ki, Yeni Azərbaycan Partiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna, ümumilikdə, təxminən 500 min manat ianə edib, "Sağlamlığımız milli həmrəyliyimizdədir!" aksiyası həyata keçirib.
Partiyanın bütün strukturları, o cümlədən rayon və şəhər təşkilatları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq yardım və dəstək göstərirlər. Eləcə də, Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birlikdə yaşı 65-dən yuxarı olan tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.
Müşavirədə qarşıda dayanan vəzifələr müzakirə edilib, partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
25
aprel
17:15

Qarabağ
KOMMENTLƏR
Əli Əhmədov: "YAP sıralarında sağlam, vətənpərvər, intellektual gənclər birləşib"
"Həssas qruplardan olan vətəndaşlara daim qayğı göstərilir" - Əli Əhmədov
"Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” -
"YAP-ın üzvü olan gənc müğənnilərin konsertləri nəzərdə tutulur"
"2018-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin oldu"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat