"Bu strategiyanı, Azərbaycanın pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün yürütdüyü mübarizəni dünyanın ən nüfuzlu təşkilatları, qurumları, mütəxəssisləri beynəlxalq miqyasda birmənalı şəkildə mükəmməl nümunə kimi dəyərləndirir, uğurlu sayırlar”.
Bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin prosesin nüvə mərkəzi olan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın təcrübəsindən digər ölkələrin yararlanmasının vacibliyini artıq dəfələrlə bəyan edib:
"BMT, Qoşulmama Hərəkatı, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də digər təsisatlar ölkəmizin bu sahədəfəaliyyətini təqdir edir, öyrənirlər.
Dövlətimiz Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu.
Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət operativ qərargahın yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izolyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca effektli yanaşmasını sübut etdi”.
"Azərbaycan ictimaiyyəti, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın əsl vətəndaşlıq missiyasının bir daha şahidi oldu. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu ölkədə genişmiqyaslı sosial aksiyalar həyata keçirir. On minlərlə ailə Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından birinə çevrilən bu fondun yardımından bəhrələnir.
Ulu Öndərin ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz Azərbaycanın dövlət müstəqilliyinin, milli inkişafının və təhlükəsizliyinin etibarlı təminatçısıdır. Bu gün xalqımız onu hər cür bəlalardan, qlobal təhlükələrdən qoruya bilən, müdafiə edən qüdrətli lider İlham Əliyevə sonsuz güvənc hissi duyur, onun ətrafında sıx birləşərək əbədiyaşar Heydər Əliyevin işıqlı ideallarını, arzularını yaşadır, inkişaf etdirir”, - deyə, R.Usubov qeyd edib.
Ramil Usubov: “Xalqımız qüdrətli lider İlham Əliyevə sonsuz güvənc hissi duyur”
09
may
15:29
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev