Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Azərbaycana və Macarıstana qarşı iddia qaldıran Ermənistanın bu addımı arxadan atılan daşa bənzəyir. Ramil Səfərov 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya olunub, üstündən 8 il keçsə də, ermənilərin "hirsi" soyumayıb.
Bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev deyib.
O bildirib ki, Ramil Səfərov Azərbaycanın fəxri oğludur: "Onun yerində hansı soydaşımız olsaydı, Azərbaycan bayrağını təhqir edəni cəzalandırardı. Ermənistan hakimiyyəti hansı haqla Ramil Səfərovun işi üzrə maddi və mənəvi zərərin əvəzinin ödəilməsini tələb edir?
Ramil Səfərov 8 il Macarıstan həbsxanasında yatıb, Azərbaycana ekstradisiya olunub və dövlət başçısı İlham Əliyevin qərarı ilə əfv edilib. Bəlkə ermənilər düşünürdülər ki, Macarıstanda 8 il həbs həyatı yaşayan Ramil Səfərov ömrünün qalan hissəsini də vətənində həbsdə yatmalı idi? Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçılar onu qara-qara düşünsünlər ki, törətdiklərin cinayətlərə, işğala, qətliamlara və soyqırımlara görə cavab verməli olacaqlar.
Digər tərəfdən həmin Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə "Çıraqovlar və digərləri Ermənistana qarşı" qərarı var. Həmin qərara görə, Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunub. Bu Azərbaycan torpaqlarının işğalının, yəni cinayətin rəsmən təsdiqidir. Avropa İnsan Hüquqları Məhkəməsindən "ədalət" tələb edən Ermənistan eyni təşkilatın bir başqa vacib qərarını yerinə yetirmək - işğala və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna son qoymaq istəmir.
Ona görə də Ermənistan hakimiyyətinin Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Özü də Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın əsas istəyini yerinə yetirməyib. Birincisi, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. İkincisi, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia rədd edilib. Azərbaycana, onun bayrağına və məmləkətimizin layiqli övladına dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar".
Ermənistanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
27
may
11:18
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev