“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır”.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, bu plana əsasən, ilkin mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsi azad olunur:
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin məhz mərhələli şəkildə qaytarılması üzrə aparılır və həm Azərbaycan, həm də beynəlxalq vasitəçilər bu plan ətrafında sülh əldə olunmasını istəyirlər.
Təəssüf ki, işğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlar prosesində hələlik irəliləyişə nail olmaq mümkün olmayıb”.
S.Mikayılova vurğulayıb ki, münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq Ermənistanın hazırkı siyasi rejimini tam qane edir və öz hakimiyyətini qorumaq üçün danışıqlar prosesinin mahiyyətini riyakarcasına təhrif edir, heç bir siyasi məntiqə sığmayan çaşdırıcı bəyanatlar verməklə sanki vaxt qazanmağa çalışır.
Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması və həm Ermənistan, həm də Azərbaycan vətəndaşları üçün törətdiyi ağır fəsadlara görə işğalçı Ermənistan dövləti birbaşa məsuliyyət daşıyır.
Azərbaycan dövləti ədalətin bərpa olunması üçün bütün qanuni vasitələrdən istifadə edir və Dağlıq Qarabağ münaqişəsinin tarixi həllinə nail olmaq üçün bütün vacib addımlar atılacaq. Beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq”.
Deputat təəssüflə qeyd edib ki, beynəlxalq hüququn kağız üzərində qalmış qərarlarının bəzi hallarda məhz hərbi güc sayəsində icra olunmasını müşahidə edirik:
“Güc amili bir sıra demokratik dövlətlərin öz maraqlarının təmin olunmasında belə başlıca amil kimi çıxış edir.
Bu reallıq Azərbaycanı da münaqişənin həllində bütün vasitələrdən maksimum istifadə etmək, tarixi ədaləti bərpa etmək və beynəlxalq hüquq normalarını təmin etmək üçün hərbi güc faktorunu öndə saxlamağa səfərbər edir. Dövlətimizin amalı və məqsədi öz suverenliyini tam və birdəfəlik həll etməkdir.
Dağlıq Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin mövqeyi birmənalı və qətidir - Qarabağ Azərbaycandır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.
“Qarabağ münaqişəsinin mərhələli həll planı hazırda alternativsiz variantdır”
29
may
18:45
Qarabağ
KOMMENTLƏR
"Sanki Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasətini malalamaqla məşğuldur"
XİN Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
"Başqa həll modeli mövcud deyil” - Hikmət Hacıyevdən Qarabağ AÇIQLAMASI
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev