Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.
“Məncə, DİN öz əməkdaşına da cəza verməli deyildi və polis də üzr istəməməli idi. Kiminsə başına zibil atmaq xuliqanlıq və tərbiyəsizlikdir, sosial mədəniyyəti və etikanı pozmaqdır. Bir vaxtlar Sinqapurda insanları saqqızı yerə atmaqdan çəkindirə bilmirdilər. Nə cərimə, nə də sanksiyalar işləmirdi. Dubinkaları işə saldılar, insanlar tezliklə bu zərərli vərdişdən əl çəkdi. İndi Sinqapurun küçələrində saqqızı yerə atan cəsur tapılmaz. Məncə, bu hadisədən sonra heç kim balkondan zibil atmayacaq. Bu qədər bəsit! Bu xanımı yerə çırpıb əzən Alman polisidir, Azərbaycan polisi deyil. Frankfurt şəhəri...”
Fotoları təqdim edirik
