Avqustun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Cisco International Limited şirkətinin direktoru Ramil Eyyubovla görüşüb.
Bakısəsi xəbər verir ki, təhsil sahəsində informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini qeyd edən rektror M.Babanlı ADNSU-nin İT-nin tətbiqi baxımından ölkənin qabaqcıl universitetlərindən biri olduğunu bildirib. O son 5 ildə universitetdə ixtisaslı mütəxəssislərin hazırlanmasında elmi potensialla yanaşı, müasir texnoloji nailiyyətlərdən də istifadə olunduğunu qeyd edib. Rektor bu sahədə dünyanın qabaqcılı ölkələrinin təcrübəsinin ADNSU-da tətbiq olunduğunu, bəzi çatışmazlıqlara baxmayaraq universitetin bu istiqamətdə artıq müsbət nəticələr əldə etdiyini söyləyib.
Cisco International Limited şirkətinin direktoru Ramil Eyyubov ADNSU ilə əməkdaşlıqda maraqlı olduqların bildirib. O, İT sahəsində kifayət qədər uğur qazanmış dünyaca məşhur Cisco International Limited Şirkətinin yeni proqramları ilə təhsil sahəsində uğur qazandığını qeyd edib.
Müzakirələrin nəticəsi olaraq tərəflər Cisco Şəbəkə Akademiyasının informasiya texnologiyalarının əsasları, proqramlaşdırma dilləri, əşyaların interneti, linux əməliyyat sistemi və digər müvafiq kurslarının universitetin tədris proqramına tətbiq edilməsinə dair razılığa gəliblər. Sonda ADNSU ilə Cisco International Limited şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
18
avqust
15:47
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev