BMT Baş katibinin sözçüsü Stefane Dujarrik bildirib ki, hazırda Liviyanın Sirtə şəhərində davam edən döyüşlər COVID-19 pandemiyası dövründə bu ölkədə ağır olan vəziyyəti daha də gərginləşdirib. O əlavə edib ki, Liviya humanitar fəlakətin astanasındadır.
AZƏRTAC xəbər verir ki, BMT-nin rəsmisi Sirtə şəhərində 125 min sakinin həyatının təhlükədə olduğunu bəyan edib. O xatırladıb ki, Baş katib Antonio Quterreş Liviyada münaqişə tərəflərinin atəşkəs elan etməsini alqışlayıb və indi bu sözlərə əməl etmək vaxtıdır. Dujarrik əlavə edib ki, Liviya Afrikadan Avropaya yollanan qanunsuz miqrantların əsas bazasıdır və iki gün əvvəl daha 45 afrikalının Aralıq dənizində boğularaq ölməsi, minlərlə qaçqının onların Tripoli ətrafında sığınacaq axtarması vəziyyəti daha da ağırlaşdırır. Digər tərəfdən, bu ölkədə COVID-19-a 11 min nəfərin yoluxması, 200-dən çox insanın həyatını itirməsi də məlumdur. BMT-nin yardım missiyası bu insanlara kömək etməkdə çətinlik çəkir.
BMT Baş katibinin sözçüsü bildirib ki, çətinliklərə baxmayaraq, təşkilat və onun tərəfdaşları Liviyada 243 min insana, o cümlədən 66 min məcburi köçkünə və 58 min miqranta humanitar yardım göstərib. Lakin Liviyada daha bir problem – elektrik enerjisi təchizatında böhran yaranıb. Xəstəxanalara və evlərə yalnız sutkanın 18 saatı müddətində elektrik enerjisi verilir. “Liviyada atəşkəsə əməl edilməlidir, əks halda tezliklə aclıq da başlaya bilər”, - deyə Dujarrik vurğulayıb.
BMT xəbərdarlıq edib: Liviya humanitar fəlakət astanasındadır
25
avqust
16:53
Qarabağ
KOMMENTLƏR
“Aralıq dənizi Qalxan Hərəkatı” böyüyür: Azərbaycana da dəvət göndərildi
MOSKVA MARŞAL HƏFTƏRƏ ALTERNATİV AXTARIR –Putinin baş aşpazı Qəzzafinin oğlunu mümkün namizədlərdən biri sayır
Qonşu ölkədə daha 112 nəfər koronavirusdan öldü
Liviyada yeni ordu qurulur: Zabitləri Türkiyədən, təcrübəsi Azərbaycandan, pulu Qətərdən
FƏRQLİ TƏRƏFLƏRİ DƏSTƏKLƏYƏN TÜRKİYƏ VƏ RUSİYA:Suriyadakı kimi, Liviyada da istəklə gerçək üst-üstə düşmür - TƏHLİL
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev