Kreml avqustun 25-də bəyan edib ki, Aleksey Navalnının xəstələnməsi üzrə dərhal təhqiqat başlatmağa ehtiyac yoxdur və almaniyalı həkimlərin zəhərlənmə sözünü deməyə tələsməsinin səbəbi aydın deyil.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Almaniyadakı klinika Navalnının xəstəliyinə səbəb olan maddəni hələ dəqiq müəyyənləşdirməyib. “Almaniyadakı həmkarlarımızın ‘zəhərlənmə’ sözünü istifadə etməyə belə tələsməsini anlamırıq. Maddə, bunun zəhərlənmə olduğu müəyyənləşsə, onda əlbəttə ki, təhqiqat üçün səbəb yaranar”, – Peskov vurğulayıb.
Moskvanın Tibbi Ekspertiza Bürosunun rəhbəri Sergey Şigeyev isə avqustun 25-d deyib ki, Navalnının zəhərlənməsini iddia etmək üçün Almaniyanın əlində yetərincə dəlil yoxdur. “Xolinesterazanın fəaliyyəti müxtəlif adamlarda, xüsusilə müəyyən xroniki xəstəliklərdən asılı olaraq dəyişir”, – Şigeyev vurğulayıb.
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas Rusiya hakimiyyətini müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinin bütün təfərrüatlarını təcili araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.
Merkel və Maas belə bir bəyanatı avqustun 24-də ''Charite '' xəstəxanasının Aleksey Navalnın zəhərlənməsi ilə bağlı yaydığı açıqlamadan sonra veriblər. Beləki, xəstəxananın bazar ertəsi yaydığı açıqlamada Navalnının"xolinesterazanın inhibitorları qrupu"ndan olan toksiki maddənin təsirinə məruz qaldığı deyilir. Açıqlamada deyilir ki, xüsusi maddə hələlik məlum deyil və daha geniş miqyaslı təhlil başlanıb.
Prezident V. Putinin köməkçisi Dmitri Peskov yuxarıda qeyd olunan açıqlamasında Almaniya rəhbərliyinin çağırışına cavb verib.
Kremldən Navalnı açıqlaması
25
avqust
20:13
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev