Bakısəsinin xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov əminliklə bildirib ki, bu münasibətlər, sadəcə, Əli Həsənov səfir Erkan Özoral münasibətləri deyil: "Bunun daha dərin olmasına şübhəm yoxdur. Bunu aydınlaşdırmaq üçün ən azından Erkan bəyin səfir olduğu müddətdə iştirak etdiyi tədbirlərə, görüşdüyü şəxslərə, paylaşdığı fotolara diqqət yetirmək kifayətdir. Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Əli Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirakını çox önəmli sayırdı. Hesab edirəm ki, bizə qardaş, doğma olan Türkiyə Hakimiyyəti Azərbaycan xalqına və Dövlətinə uzun illər ərzində düşmən mövqeyində olan birisinin müdafiəsinə qalxmayacaq!" (Pravda.az)
Fotoları təqdim edirik
