Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Rusiya lideri Vladimir Putinə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, onun müraciəti Tut.by portalı tərəfindən Telegram kanalında yayımlanıb.
Siyasətçi Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə görüşündə əldə olunacaq hər hansı bir razılaşmanın etibarlı olmayacağını bildirib. O, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Soçi danışıqlarının nəticələrindən sonra bağlanan bütün razılaşmaların yenidən nəzərdən keçiriləcəyini qeyd edib.
“Vladimir Putinə xatırlatmaq istəyirəm: Soçi görüşü zamanı nə qəbul etməyiniz və nə barədə razılığa gəlməyinizdən asılı olmayaraq, bu razılaşmanın qanuni qüvvəsi olmayacaq. Legitimliyi olmayan Lukaşenko ilə imzalanan bütün müqavilələr yeni hökumət tərəfindən nəzərdən keçiriləcək. Çünki Belarus xalqı seçkilərdə Lukaşenkoya etimad və güvən göstərməyib. Belarus xalqı ilə deyil, diktatorla dialoq aparmaq qərarına gəldiyiniz üçün çox təəssüflənirəm”,- deyə müraciətdə vurğulanıb.
Qeyd edək ki, bu gün iki ölkənin liderləri Rusiya Prezidentinin yay iqamətgahında görüşəcəklər. Görüşdə jurnalistlərin iştirak etməyəcəyi, danışıqların təkbətək formatda aparılacağı bildirilib.
Prezidentlər Belarusun Rusiyaya olan dövlət borcunun yenidən strukturlaşdırılması mövzusunu, Müttəfiq Dövlət haqqında razılaşma çərçivəsində inteqrasiya məsələlərini, enerji sektorundakı ortaq layihələri müzakirə edəcəklər. Görüşdə heç bir sənədin imzalanması planlaşdırılmır.
Tixanovskaya Putinə müraciət etdi
14
sentyabr
15:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat