Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan İctimai Televiziyasında bəyan edib ki, 2018-2020-ci illərdə son 10 illə müqayisədə daha müasir silahlar alıb. Beləliklə, o, 2008-2018-ci illərdə Ermənistanın prezidenti olan Sarkisyanın hakimiyyətinin hərbi sahədə yarıtmaz siyasət yürütdüyünə eyham edib.
Ovannisyanın iddialarına Sarkisyanın cavabı kifayət qədər sərt olub. O bildirib ki, Müdafiə Nazirliyinin sözçüsü ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir.
“Ölkənin müharibə şəraitində olduğunu və hərbi vəziyyət elan edildiyini, qarşı tərəfin artıq Şuşaya çatdığını nəzərə alsaq, bu barədə danışmaq, günahkar axtarmaq ləyaqəsizlikdir. Hərbi vəziyyət başa çatdıqdan sonra biz bu mövzuya və bu kimi əsassız spekulyasiyalara ətraflı və əsaslandırılmış şəkildə toxunacağıq".
Ovannisyanın Sarkisyana cavabı gecikməyib. Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, rəqiblərinin heç biri 2018-2020-ci illərdə alınan silahların miqdarı barədə ondan daha çox məlumatlı deyillər. “Məxfilik səbəbilə ətraflı məlumat verə bilmərəm, amma kimsə bu mövzularda spekulyasiya etməyə çalışırsa, deməli, vəziyyətə nəzarət etmir. Çox şey bilirəm, sadəcə təmkinli olun”, - deyə əlavə edib.
“Azərbaycanın Şuşaya çatdığını nəzərə alsaq…” – Sarkisyan Paşinyan iqtidarına “ləyaqətsiz” dedi
06
noyabr
12:30
Qarabağ
KOMMENTLƏR
Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərə zəmin hazırlayır - Hikmət Hacıyev
Serj Sarkisyanın səhhəti pisləşdi
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu
XİN: Ermənistan rəhbərliyi məsuliyyətdən yayınmağa çalışır
Paşinyan xalqa yalvarandan sonra kişilər deyil, qadınlar cəbhəyə getdi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı