Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə imzaladığı bəyanatda Naxçıvanla bağlı ayrıca müddəa da yer alır. Qeyd olunur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Rusiya tərəfi Ermənistan ərazisidən Naxçıvanla dəhlizin yaradılmasını öz üzərinə götürür.
Maraqlıdır, dəhlizin yaradılması muxtar respublikaya hansı iqtisadi üstünlükləri vəd edir?
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əli Əlirzayev Yenisabah.az-a açıqlamasında bildirib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı xarici ölkələrlə iqtisadi əlaqələrdən asılıdır:
“Naxçıvan iqtisadiyyatı uzun müddət blokada şəraitinə düşmüşdü. Meğridən gedən yolun hamısı blokadada idi, gediş-gəliş yox idi. Ona görə də iqtisadiyyatın inkişafı təbii ki, hava yolu ilə olurdu. Bu isə müxtəlif imkanlardan istifadə etməyi məhdudlaşdırırdı. Naxçıvanda duz ehtiyyatları, mineral sular var. Ümumiyyətlə, təbii sərvətləri çoxdur. Bunun başqa ölkələrə daşınması mühüm hadisədir. Naxçıvanda turizmin inkişafı çox aktual məsələdir, sağlamlığın inkişafı üçün əhəmiyyətli resurslar var”.
Həmsöhbətimiz qeyd edib ki, bu yolun açılması Bakı-Naxçıvan -Türkiyə marşrutu ilə yükdaşımaları reallaşdıracaq:
“Həmçinin başqa kommunikasiya xətlərinin çəkilməsi mümkün olacaqdır. Bu proses isə ucuz başa gələcəkdir. Yeni iş yerləri açılacaq. Dəmiryolunun, ümumiyyətlə nəqliyyatın yaradılması orada olan infrastrukturun inkişafına gətirib çıxaracaq. Əhalinin gediş-gəlişi asanlaşacaq, rifahı yaxşılaşacaq. Azərbaycanla birbaşa Naxçıvan, İran, Türkiyə əlaqələri genişlənəcək. Həqiqətə, Naxçıvan Şərqin qapısı kimi öz funksiyasını yerinə yetirəcək, bundan əminəm. Mənə elə gəlir ki, müasir şəraitdə Naxçıvan iqtisadiyyatı dəfələrlə inkişaf edəcək”.
Naxçıvanın blokadadan çıxması Azərbaycana nə vəd edir? - “Bakı-Naxçıvan-Türkiyə marşrutu ilə...”
10
noyabr
12:38
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev