"Təəssüf ki, vəzifədə olan bəzi şəxslər korrupsiya uğrayır, rüşvətə meyillənir. Onlar insanların probleminə qarşı biganəlik edir, haqlarını tapdalayırlar. Azərbaycan dövlətinin, ölkə başçısının apardığı siyasət həmin şəxslərin cəmiyyətimizdən tamamilə silinməsinə yönəlib.Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, kimlərsə onlara göstərilən etimaddan sui-istifadə etməyə, əl altından çirkin işlər görməyə çalışırlar.
“Hesab edirlər ki, bunu kimsə bilməz. Onlara elə gəlir ki, dövlətin korrupsiyaya qarşı apardığı mübarizədə bunlar gözə görünməyəcək və ya tutduqları vəzifə çirkin işlərinin üstünü örtəcək. Ancaq qanun qarşısında hamı bərabərdir. Dörd rayonun icra başçısının tutulması göstərir ki, Prezident İlham Əliyev üçün kimin hansı vəzifədə oturmasının elə bir əhəmiyyəti yoxdur, hamı qanuna riayət etməlidir”.
Deputat bildirib ki, korrupsiya, çirkin fəaliyyətə qarşı mübarizə hərtərəfli aparılır və bundan sonra da davam etdiriləcək.
“Korrupsiyaya qarşı aparılan tədbirlər cəmiyyət tərəfindən dəstəklənir. Cəmiyyət bu siyasi xəttin davam etdirilməsini istəyir. Əlbəttə, proses davam etdiriləcək. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, belə hadisələr hər kəs üçün xəbərdarlıq olmalıdır, bundan nəticə çıxarılmalıdır. Kimsə tələblərə cavab verə bilmirsə, könüllü şəkildə vəzifədən getməlidir. Heç kim ölkə başçısının etimadından sui-istifadəyə cəsarət etməsin”.
A.Mirzəzadə hesab edir ki, sön dövrlər korrupsiya qarşı mübarizənin daim ön xəttə çıxarılması Azərbaycan dövlətinin qətiyyətini, iradəsini göstərir.
Elə bilirlər ki, tutduqları vəzifə çirkin işlərinin üstünü örtəcək” - YAP-çı deputat
04
may
13:47

Qarabağ
KOMMENTLƏR
"Onların bu çirkin əməlləri DTX tərəfindən danılmaz faktlarla ifşa edildi"
“Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı mövqeyi ortadadır”
Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır
"Yetim-yesirin tikəsi üzərində varlanmaq ehtirası buna gətirib çıxarmalıdır"
Eldar Əzizov korrupsiya ilə bağlı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat