Bu gün parlamentdə millət vəkili Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun ikinci oxunuşda müzakirəsi zamanı dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını bəyan edib.
“Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, “Üçüncü sinif dərsliyində erotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televizordan çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar. 7-ci sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq. Sonra da deyirsiniz ki, rus sektoruna niyə uşaqlar qoyulur?”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmov “Bakisesi.com”a açıqlamasında bildirib ki, millət vəkilinin qeyd etdiyi fikirlər heç bir məktəb dərsliyində yer almayıb.
“Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə bağlı ittihamları hər-hansı araşdırma aparmadan irəli sürür. Bir daha bildirmək istərdik ki, dərslik tərtibatı çoxsaylı mərhələlərdən keçir. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılır. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik”.
E. Rüstəmov nazirliyin dərsliklərin keyfiyyətinin qüsursuz olmasında ən maraqlı tərəf olduğunu və bu istiqamətdə peşəkarcasına edilən hər bir tənqid və iradın nəzərə alınması üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Təhsil Nazirliyindən Aqil Abbasın iradına - Münasibət
16
oktyabr
20:05
Qarabağ
KOMMENTLƏR
“Həbib sözsüz ki, qəhrəmandır...” - Millət vəkili
“Deyəsən kofe, çay yerini bağlayacağıq” - Spiker əsəbiləşdi
BŞTİ: Bu il 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub (FOTO)
Milli Məclisin qanunvericilik işlər planı təsdiqlənib
Nazirlik: 174 azərbaycanlı gənc Macarıstanda təhsil alacaq
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev