"Hazırda cəmiyyəti orta və ali məktəblərdə buraxılış imtahanları ilə yanaşı, ali məktəblərə qəbul imtahanları ciddi düşündürür. Hazırda müvafiq icra hakimiyyəti orqanları vəziyyəti öyrənir və yaranmış duruma uyğun olaraq qərar qəbul ediləcək".
Bunu AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzində məsələ üzərində işlər gedir və pandemiya ilə bağlı vəziyyət diqqətlə izlənilir. “ Təbii ki, vəziyyətə uyğun olaraq müxtəlif mülahizələr, fikirlər və təkliflər mövcuddur. Həmin təkliflər müvafiq təkliflər üzərində razılaşdırma işləri aparılır. Sadəcə mən porosesin işində olmadığdan konkret bir söz deyə bilmərəm. Bu mənim səlahiyyətimə daxil deyil. Bu barədə Operativ Mərkəz və adı çəkilən müvafiq qurumlar konkret fikir bildirə bilər. Hesab edirəm ki, vəziyyətə uyğun olaraq razılaşdırılmış addımlar atılacaq” - İ.Həbibbəyli bildirib.
İ.Həbibbəyli onu da əlavə edib ki, test sualları bir neçə ay əvvəl hazırlanır: “Amma koronavirus uzun müddət davam edərsə, buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi öz test bankına müəyyən dəyişikliklər edə bilər”.
Yay tətilinin ləğvi ilə məsələyə gəldikdə deputat bildirib ki, bu məsələ ilə bağlı addımlar vəziyyətə uyğun atılacaq. “Təhsil Nazirliyi bütün imkanlardan istifadə edərək qısa zamanda onlayn tədris proqramını tətbiq etməklə tədrisi həyata keçirməyə başladı və bu proses davam etməkdədir. Artıq onlayn, distant tədris prosesi geniş tətbiq edildiyindən tədris proqramında elə də ciddi gecikmə olmayıb. Hesab edirəm ki, tədris ilini qısa müddət artırmaqla tədris proqramını sıxlaşdırılmış qrafiklə başa çatdırmaq olar.Bununla da boşluq aradan qaldırıla bilər. Mən belə düşünrəm, ancaq rəsmi qərar necə olacaq deyə bilmirəm. Amma tədris müddətinin vaxtı uzadıla bilər”- deputat deyib.
Deputat bildirib ki, vaxtdan səmərəli istifadə etməklə vəziyyətdən çıxmaq mümkün olacaq.
Deputat sonda onu da bildirib ki, Operativ Mərkəz insanların təhlükəsizliyinin və sağlamlığının təmin olunması üçün əlindən gələni edir ki, pandemiya qısa zamanda aradan qalxsın: “Bildiyiniz kimi hökumət bütün gücünü səfərbər edib ki, pandemiya aradan qalxsın və ikinci dalğa olmasın. Təhsil müəssisələrində insan sıxlığı olduğundan koronavirusa yoluxma hallarının yenidən təkrarlanmasın deyə, mərhələli qaydada həm tədrisi bərpa etmək olar, həm də buraxılış imtahanları barədə konkret qərar vermək olar”.
Buraxılış imtahanları və ali məktəblərə qəbul imtahanları necə keçiriləcək?
28
aprel
19:00

Qarabağ
KOMMENTLƏR
Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini BƏRPA EDƏ BİLƏR — AÇIQLAMA
“Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
Nazirlik: Yüngül çəkili plastik torbaların ödənişli satışı ilə bağlı təkliflər razılaşdırma mərhələsindədir
- Şuşada içib şəhidləri söydüyü deyilən Qafqazinfo saytının baş redaktoru Elbrus Ərudun bacısına 7 il həbs cəzası verilib- ELBRUS ƏRUDUN BACISI SOCARA VİTSE-PREZİDENT QOYDURURMUŞ
- İmamoğlunun həbsinin iqtisadiyyata vurduğu ziyan açıqlandı
- "Bu hesablamalar Azərbaycana və Ermənistana da təsir edir" - Trampın xüsusi nümayəndəsi
- "Bir gəlin bir nəsli bədbəxt edir" - Mətanət İsgəndərli
- Bakıda gələn aydan böyük söküntü başlayır
- "Newsweek": Trampın NATO-nu zəiflətmək üçün alyansdan çıxmasına ehtiyac yoxdur
- Putinin böyük planı açıqlandı
- Əkrəm İmamoğlu ikinci dəfə ifadə verir
- Bu gün üçüncü Qədr gecəsidir
- Komissiya sədri: “Zelenskiyə təminat verilib, onun yerinə bu şəxs keçə bilər”