Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoruna qarşı ittihamlar səslənir. Məlumata görə, direktor imtahanda qiymət ala bilməyən tələbələrə qanunsuz yolla diplom verilməsinə şərait yaradıb.
Reyting.az xəbər verir ki, belə bir iddia ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə keçmiş direktor müavini Nicat Göyüşov çıxış edib.
N. Göyüşov deyir ki, adıçəkilən kollecdə tədris işləri üzrə direktor müavini işlədiyi vaxt səlahiyyəti çərçivəsində təsdiqləməli olduğu bütün fənn jurnallarını təsdiqləyib. O, jurnalın mümkün dəyişmə hallarının qarşısını almaq məqsədilə jurnal vərəqlərinin hər birinə tədris hissəsinin möhürünü də vurub: “2017/2018-ci tədris ilində əvvəlki ab-havanın olacağını düşünən tələbələrin bir qismi dərsə ümumiyyətlə gəlmirdi. Buna görə də tez bir zamanda davamiyyətə görə verilən limiti aşdılar və imtahan sessiyası zamanı heç bir fəndən imtahana buraxılmadılar. Belə tələbələr arasında sonuncu kursda təhsil alanlar da var idi”.
Sabiq direktor müavininin sonradan aldığı məlumata görə, imtahana buraxılmayan həmin tələbələr hansısa yolla diplom alıblar: “Amma həmin tələbələr diplom almaq üçün alt və ya şərti qruplarda, kəsildildikləri fənləri dinləməli, kredit toplamalı idilər. Həmin tələbələrin əksəriyyəti vaxtında diplom ala bilməzdi, ən azı bir il geri düşərdi”.
N. Göyüşov iddia edir ki, kollecin direktoru imtahana buraxılmayan, kəsiri olan tələbələrdən ötrü jurnalın dəyişdirilməsinə imkan yaradıb: “Sonra da birbaşa qiymətləri yazılıb və adları diplom alanların siyahısına daxil edilib. Hələ bir az da irəli gedərək dəyişdirilən jurnallara mənim imzamın oxşarını çəkiblər”.
Direktor müavini deyir ki, kollecin rəhbərliyi imzanı saxtalaşdırmaqla onu da öz çirkin əməlinə şərik etmək istəyir.
N. Göyüşov diqqətə çatdırıb ki, kollec rəhbərliyi bu saxtakarlığa əl atmaqla Təhsil Nazirliyini aldadıb: “Jurnal dövlət sənədi olduğu üçün onun belə dəyişdirilməsi ciddi qanun pozuntusudur. Ona görə də, aidiyyatı orqanlardan xahiş edirəm ki, aldığım bu məlumatın doğru olub-olmadığını araşdırsınlar”.
Kollecdə saxtakarlıq: jurnalı dəyişdirib imtahana buraxılmayan tələbələrə diplom veriblər
24
iyun
19:28
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev