Avqustun 17-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara qəbul imtahanları başlayıb.
Nazirlikdən verilən məlumata görə, imtahanlar avqustun 26-dək davam edəcək. Qəbul imtahanlarında 8000-ə yaxın şagirdin iştirakı gözlənilir. V-IX-cu sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhərində Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü Respublika liseyi, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya və A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya, eləcə də, Gəncə və Qubada yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Şirvan və Şəki şəhərlərində yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyi üzrə təşkil olunacaq.
Şəmkir rayonu Kimya-biologiya təmayüllü Respublika liseyinə qəbul imtahanının sentyabrın ilk həftəsində keçirilməsi planlaşdırılır.
İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürünün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.
İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair" metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək
İmtahana gələn şagirdlərin buraxılış vərəqlərində qeyd olunan vaxtda imtahan təşkil edilən mərkəzdə olmaları xahiş olunur. Şagirdlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqini özləri ilə gətirməlidirlər.
Liseylərə qəbul imtahanları keçirilir
17
avqust
12:33
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev