Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib.
DİM-in müraciətində deyilir ki, ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb: "Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.
İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.
Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər.
İxtisas seçimi zamanı abituriyentlər bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və ərizəni yadda saxladıqda hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra ərizəni təsdiq etmək mümkün olur.
“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası yaxın vaxtlarda çap olunacaq “Abituriyent” 4 jurnalında veriləcək. Burada, həmçinin qəbul aparılan ixtisaslar, onların kodları göstəriləcək".
Məlumatda həmçinin bildirilir ki, qəbul imtahanlarının nəticələri elan olunduqda sonra isə hər ixtisas qrupu üzrə ayrıca “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər nəşr olunacaq. Burada abituriyentlərin imtahan ballarının paylanması, eləcə də ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunacaq: "Bundan əlavə, hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzlərinin fəaliyyət göstərməsi təmin ediləcək. Hazırda həmin mərkəzlərin pandemiya şəraitinin tələblərinə uyğun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər həyata keçirilir.
Müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində və rayon təhsil şəbələrində ixtisas seçimi başa çatanadək fəaliyyət göstərəcəklər.
Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edirik.
Mərkəzin 197 mindən artıq izləyicisi olan “Facebook” (https://www.facebook.com/stateexamcenter/ ) və 31 mindən artıq izləyicisi olan “Instagram” (https://www.instagram.com/stateexamcenter/) hesabı fəaliyyət göstərir. Bundan əlavə, DİM-in “Twitter” (https://twitter.com/stateexamcenter) və “Telegram” (https://t.me/stateexamcenter) hesabları da mövcuddur"
DİM-in müraciəti yayılıb: “Abituriyentləri aldadırlar”
20
avqust
11:03
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev