Ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər”
Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC-in rektoru, professor Ədalət Muradov rəsmi "Facebook" səhifəsində yeni tədris ilində dərslərin ənənəvi formada bərpasının pandemiyaya yoluxma sayını artıra biləcəyini qeyd edib.
Rektor bütün hallarda dərslərin distant tədrisinin qaçılmaz olduğunu və keyfiyyətli distant tədris modelinin qurulmasının zəruriliyini qeyd edib.
“Distant təhsilin keyfiyyəti!
1. Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Dərslərin ənənəvi yoxsa distant olacağı haqqında fərqli fikirlər səsləndirilir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mütəxəssisləri dərslərin ənənəvi formada bərpasının COVİD19 pandemiyaya təsirini qiymətləndirməyə çalışmışlar. Qiymətləndirmənin nəticəsi ondan ibarətdir ki, təkcə ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər.
2. Bütün hallarda, distant təhsilin tətbiqi artıq qaçılmaz görünür. Bu yenilik əvvəllər hətta müzakirə olunmayan bir məsələni, distant təhsilin keyfiyyəti məsələsini daha da aktuallaşdırmaqla gündəmə gətirmişdir. Təhsillə bağlı yaranmış yeni mühitdə ölkəmizdə dünyanın aparıcı universitetlərilə rəqabət apara biləcək distant təhsil modelinin qurulmasının zəruriliyini və hətta mümkünlüyünü nəzərə alaraq düşünürük ki, distant təhsilin keyfiyyəti məsələsinin daha aktual, daha vacib olmasının nəzərə alınması təhsilin gələcəyi baxımından faydalı olar.”
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
27
avqust
14:33

Qarabağ
KOMMENTLƏR
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Millət vəkilindən yeni dərs ili ilə bağlı tövsiyələr
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat