Ali məktəblərə qəbul imtahanlarında Sumqayıt şəhəri üzrə ən yüksək nəticəni 692,3 balla Ziya Məlikov göstərib.
Bu barədə “Azərbaycan Universitetləri” məlumat yayıb.
Bildirilib ki, Ziya Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olub.
O, həm 10, həm də 11-ci sinifdə Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının qalibidir. Belə olan halda Ziya imtahansız qəbul olurdu.
Lakin Ziya Prezident təqaüdçüsü olmaq, hədəflədiyi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq üçün qəbul imtahanlarında iştirak edib və 677,6 bal toplayıb.
Hədəfinə çatmaq üçün topladığı bal ona kifayət etməyib. Buna görə Ziya 2-ci dəfə imtahana qatılıb və 692,3 bal toplayıb.
Qeyd edilib ki, Sumqayıt birincisi həm də məktəbi qızıl medalla bitirib.
скачать dle 12.1