Sentyabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) bu il buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirir.
DİM-dən bildirilib ki, sentyabrın 4-də, həmçinin bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər qeyd olunan imtahanı verəcəklər.Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunan imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 74 nəzarətçi-müəllim, 3 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.
Şagirdlər imtahana aşağı qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 246, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 210 şagirdin iştirakı nəzərdə tutulur. 109 şagird isə Azərbaycan dili fənni üzrə imtahan verəcək.
DİM bu şəxslər üçün yenidən imtahan keçirir
04
sentyabr
12:27
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev