Hərbçilərimiz Şuşa həbsxanasında saxlanılan Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü Dilqəm Əsgərovun yazdığı şeiri tapıb.

Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Xatırladaq ki, ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin bir müddət öncə saxlanıldığı Şuşa həbsxanasının görüntüsü yayılıb.

Hərbçilərimiz həbsxananın son vəziyyətini mobil telefonla çəkərək sosial şəbəkədə paylaşıblar.

Kadrlardan göründüyü kimi, saxlanma şəraiti bərbad vəziyyətdə olub. Girovluqda olan həmyerlilərimiz baxımsız vəziyyətdə qalıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Həmin vaxt işğal altında olan Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı




скачать dle 12.1