Ermənistanın girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub.
Bu barədə Trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O bildirib ki, ermənilər Dilqəm Əsgərovu əvvəlcə Ermənistanın Gorus rayonuna, oradan isə Şıraka aparıblar:
"Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Gorusa aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka aparıblar. Rəsmi məlumata görə, hazırda atam Şırakda "Artik" adlı türmədə saxlanılır".
K.Əsgərovun sözlərinə görə, Komitənin əməkdaşları Dilqəm Əsgərova Şırakda baş çəkiblər: "Onlar görüşdən dərhal sonra mənə məlumat verdilər. Məlumata görə, hər şey normaldır və Qızıl Xaç Komitəsinin əməkdaşları atamı daim nəzarətdə saxlayır".
Qeyd edək ki, ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasından aparıldığı noyabrın əvvəlində məlum olub. Şahbaz Quliyevin harada olması ilə bağlı məlumat yoxdur.
Şuşadan aparılan Dilqəm Əsgərovun yeri açıqlandı
18
noyabr
09:46

Qarabağ
KOMMENTLƏR
Dilqəm və Şahbazdan xəbər var: Şirakda saxlanılırlar
BQXK-dan Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılması məsələsi ilə bağlı - AÇIQLAMA
Əhməd Əhmədzadə Dilqəm Əsgərovun ailəsinin üzləşdiyi problemə münasibət bildirdi - Gərək DTX-ya müraciət ediləydi?
Əhmədzadəyə bunu heç bağışlamaq olmaz... - VİDEO
Nazirlik erməni girovluğunda olan Dilqəm Əsgərovun xanımının təqaüdünü kəsdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat