Beynəlxalq Dialoq və İnkişaf Alyansı 6 ilə yaxındır ki, erməni əsirliyində saxlanılan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti Robert Spanoya Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş, məcburi köçkünlər – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən baxılmaqda olan işin mümkün qədər tezləşdirilməsini istəyib.
Müraciətdə bildirilir ki, 6 ildir Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı mövcud iş İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmaqdadır:
“Girovların səhhətində cox ciddi problemlər var və həkim nəzarətində saxlanılmaqdadırlar. Avropa məhkəməsində isə məsələyə baxılması prosesi uzanır. Girovların səhhətlərinin hər an ağırlaşa biləcəyi ehtimalı yüksəkdir. Onlar girovluqda olduqları zaman dünyasını dəyişərlərsə, məhkəmənin qərarının hansı əhəmiyyət kəsb edəcəyi düşündürücüdür”.
Məktubda, Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti Robert Spanodan girovların səhhətindəki ciddi problemlər nəzərə alınaraq, prosesin sürətli həllinə qərar verməsi vurğulanıb. Qeyd edək ki, 2014-cü ilin iyul ayında iki azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 6 ildir ki, hər iki girov Qarabağda erməni əsirliyində saxlanılır.
Dilqəm və Şahbazla bağlı məhkəmə prosesi tezləşə bilər - TƏLƏB
28
may
18:04
Qarabağ
KOMMENTLƏR
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR
Ermənistanın heç bir mənəvi haqqı yoxdur - VİDEO
Ermənistanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur
Ermənistan Azərbaycanı məhkəməyə verdi
"Azərbaycan hökuməti bu əməllərə görə məsuliyyət daşıya bilməz"- MÜSAHİBƏ
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev