İkinci Qarabağ döyüşlərinin iştirakçılarından olan həkimlərimizin torpaqlarımızın azad olunmasındakı rolu danılmazdır.
Lənkəran Müalicə Diaqnostika Mərkəzinin həkimlərindən olan Elpay Şükürov Qarabağda əməliyatlar başlayan kimi həkim zabit olaraq oraya yollanır. O, Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
"Bütün həkim heyəti olaraq tapşırığı vaxtında, sürətlə həyata keçirirdik ki, dəqiqələri itirməyək, daha çox yaralı xilas edək. Biz özümüz yaralını xəstəxanaya aparmırdıq ki, daha çox yaralı əsgərə kömək edək. Düşmən ən çox yaralıya köməyə gələnə atəş açırdı. Ən çox da yemək aparan, həkim maşınlarını vururdular. Buna baxmayaraq, həkimlərimiz heç nədən qorxmadan səngərə qədər gedirdi. Bu cür vətənpərvər ordunun qarşısında heç bir düşmən dura bilməzdi. Mən çox sevinirəm ki, vətənpərvərlik ruhunda nəsil yetişdirmişik. Yaralı əsgərlərimizin bir istəyi var idi ki, məni dostlarımdan aralama. İlk gündən bilirdik ki, dövlətimiz ailəmizin yanında olacaq. Bu baxımdan hamı rahat idi. Ən sevincli anlarımız torpaqlarımızın bir-bir alınması idi. Axı bu proses gözümüzün qabağında baş verirdi", - həkim qazi bildirib.
Elpay həkim oktyabrın 25-də mərmi partlaması nəticəsində yaralanıb. 28 gün yaralı əsgərləri təxliyə edən həkim qeyd edib ki, özü yaralananda sona qədər gedə bilmədiyi üçün təəssüflənib.
Həkim qazimiz həmçinin yenidən orduya qayıtmaq və bu dəfə xilas etdiyi əsgərləri qucaqlamaq üçün getmək istədiyini bildirib.
Ən çox həkim maşınlarına atəş açırdılar - Həkim qazi
03
dekabr
13:01
Qarabağ
KOMMENTLƏR
Xankəndidən qaçan erməni həkimdən şok sözlər: - Hər yerdə ölü və yaralı əsgər...
Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Yaralı əsgər əməliyyat masasında “Qarabağ” oxudu - Video
Düşməni öz silahıyla məhv edən hərbçilərimiz - VİDEO
18 gün komada qalan qazimiz evinə döndü - VİDEO
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev