İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qazi olan Məhəmməd Əhmədovdan danışacağıq. Qubanın Aşağı Atuc kənd sakini olan Məhəmməd ailənin yeganə oğludur. Müharibənin başladığını eşidən kimi könüllü olaraq adını ordu sıralarına yazdıraraq döyüşlərə yollanıb. Füzuli, Cəbrayıl rayonunun və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasında şücaət göstərib. O bildirir ki, düşməni elə öz silahları ilə məhv edirdik.
Ağır yaralansa da, döyüş meydanını tərk etmədən düşmənlə vuruşub. Məhəmmədin daha bir qəhrəmanlığı isə yaralı və yolu azan döyüş yoldaşlarının həyatını xilas etməsi olub.
Məhəmməd kimi canını torpaqlarımızın azadlığı uğrunda fəda etməyə hazır olan döyüşçülərdən biri də 1 il 4 aydan çoxdur ki, hərbi xidmətdə olan Qubanın Çartəpə kənd sakini Ramin Şükürovdur.
“Nə xoş mənə ki, hərbi xidmətim, vətənə borcum belə bir zamana təsadüf etdi. Şükürlər olsun ki, mənə də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək qismət oldu” - deyə qazi qeyd edib.
Düşmənin canlı qüvvəsini məhv edərək texnikasını ələ keçirdiklərini bildirən Raminin tək təəssüfləndiyi isə yaralandığı üçün həkimlərin döyüşlərdə iştirakına icazə verməməsi olub.
İndi onları tanıyan hər kəs qazilərlə fəxr edir. Qazanılan tarixi zəfərdə əməyi olan qazilərin valideynləri isə daha çox qürurlanır.
Hər iki yaralı qazimiz böyük qələbə sevincini Prezident, Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa müraciətindən sonra yaşadıqlarını bildirir. Qazilərimiz hər zaman vətən torpaqlarının müdafiəsinə hazır olduqlarını qeyd ediblər.
Düşməni öz silahıyla məhv edən hərbçilərimiz - VİDEO
14
noyabr
12:14
Qarabağ
KOMMENTLƏR
Döyüşdə böyük rəşadət göstərən igidlərimiz - VİDEO
“Təkcə mənim heyətim 1 günə düşmənin 8 topunu məhv edib” - Video
Azərbaycan əsgəri: “Düşməni öz silahıyla məhv edirik” - VİDEO
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu (VİDEO)
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev